Məşhur rusiyalı aktyor Sergey Bezrukov Bakıya gəlib.
Bizim.Media xəbər verir ki, o, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında görüş keçirib.
Bu barədə aktyor Murad İsmayıl sosial şəbəkədə məlumat yayıb.
Murad birlikdə çəkilən fotolarını izləyiciləri ilə bölüşərək bunları yazıb:
"Uşaqlıqdan bəri sevərək izlədiyim teatr və kino aktyoru Sergey Bezrukov".
Qeyd edək ki, Sergey Bezrukov bir zamanlar yayımlanan “Briqada” serialında “Saşa” obrazını canlandırıb.
Bizim.Media