Müğənni Aysun İsmayılova paylaşımı ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, Aysun maşınında olan videosunu paylaşıb.
Lakin fonda səslənən mahnının sözləri marağa səbəb olub. Belə ki, mahnıda “Gözümün içində xoşbəxtlik görünürdü, bəxtim axırda güldüm deyə öyünürdü. Mənə hər kəsin etdiyini necə etdin?” kimi ifadələr yer alıb.
Aysunun bu paylaşımla keçmiş həyat yoldaşına atmaca atdığı iddia edilib.
Xatırladaq ki, Aysunla Ramil Vəliyevin bir qız övladı var. Ramil Aysundan sonra Nərmin adlı xanımla ailə qurub.
Sara, Bizim.Media