Azərbaycanın qızıl ixracında REKORD ARTIM

Azərbaycanın qızıl ixracında artım müşahidə edilir. Bu ilin yanvar-may ayları ərzində ölkədən 121.3 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2.7 dəfə və ya 76 milyon ABŞ dolları çoxdur. Cari ilin may ayı ərzində Azərbaycandan 25.9 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib. Bu isə illik müqayisədə 86.3 faiz çoxdur. Bəs bu sahədə gələcək perspektivlərimiz necədir? İxracdakı artım tempini gələcəkdə də qorumaq mümkündürmü?

Bizim.Media bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"Hasilat da artır, qiymətlər də"

Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyəti sədrinin müavini, "Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin sədri Rövşən Əmircanovun sözlərinə görə, son beş il ərzində ölkəmizdə qızıl ixracı ardıcıl yüksələn xətt nümayiş etdirir və 2025-ci ilin ilk yarısında rekord səviyyəyə çatıb. Azərbaycandan ixrac olunan qızılın dəyərindəki bu artım ilk növbədə dünya bazarlarında qiymətli metalların, xüsusilə də qızılın qiymətində baş verən yüksəlişlə izah olunur:
 

"Son iki ildə qızılın qiymətinin rekord səviyyəyə çatmasına geosiyasi qeyri-sabitlik, beynəlxalq ticarət münaqişələri, maliyyə bazarlarında qeyri-müəyyənlik, ABŞ dollarının zəifləməsi, həmçinin mərkəzi banklar və iri investorlar tərəfindən artan tələbat əsas təsir göstərən amillər olub.


Nəzərəçarpacaq qiymət artımı 2025-ci ilin iyun ayının əvvəlində müşahidə olunmuş, bu dövrdə qızılın qiyməti qısa müddət ərzində 3400 ABŞ dollarına qədər yüksəlib. Sonradan bazarda müəyyən tənzimlənmə baş vermiş və hazırda qiymət 3370-3380 ABŞ dolları intervalında ticarət olunmaqdadır. Sözügedən artım ixracın ümumi dəyərinə birbaşa müsbət təsir göstərib".

Qızıl hasilatının həcmi də artır

Sədrin fikrincə, digər mühüm amillərdən biri ölkədə qızıl hasilatının həcminin də artmasıdır:

"Müvafiq şirkətlər tərəfindən son illərdə həyata keçirilən texnoloji yeniliklər və genişmiqyaslı geoloji kəşfiyyat işləri nəticəsində bir neçə yeni yataq istismara verilib. Yeni ehtiyatların istismara cəlb edilməsi, eləcə də hasilat və emal proseslərinin səmərəliliyinin artırılması qızıl hasilatında artıma səbəb olub. Bu da dolayısı ilə ixracın həm həcminə, həm də ümumi dəyərinə müsbət təsir göstərib. Nəticə etibarilə, görülən tədbirlər ölkənin ümumi ixrac potensialının artmasına töhfə verib".

Dövlət tərəfindən görülən işlər

R.Əmircanov bildirdi ki, mövcud artım tempinin qorunması və davamlı inkişafının təmin edilməsi məqsədilə kompleks və məqsədyönlü tədbirlər həyata keçirilir:

"Bu tədbirlər çərçivəsində ilk növbədə yeni yataqların mərhələli şəkildə istismara verilməsi, hasilat və emal proseslərinin müasir texnologiyalar əsasında optimallaşdırılması, eləcə də istehsal proseslərinin rəqəmsallaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, emal müəssisələrində enerji səmərəliliyinin artırılması, yaşıl texnologiyaların tətbiqi və ekoloji standartlara uyğunlaşma istiqamətində də mühüm addımlar atılır. Sözügedən yanaşma bir tərəfdən istehsalat xərclərinin azaldılmasına, digər tərəfdən isə ixrac məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin və əlavə dəyərinin artırılmasına xidmət edir".

Müsahibimizin sözlərinə görə, dövlət səviyyəsində ixracın təşviqi məqsədilə vergi və gömrük sahəsində stimullaşdırıcı mexanizmlər tətbiq olunur.

O cümlədən, əlavə dəyər vergisinin qaytarılması və ixrac prosedurlarının sadələşdirilməsi kimi alətlər ixrac prosesinin dayanıqlılığını artıran əsas vasitələrdən sayılır:

"Eyni zamanda, Azərbaycanın ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə hədəf ölkələr üzrə sistemli bazar araşdırmaları aparılır, regional və beynəlxalq ticarət platformalarında fəal iştirak təmin edilir".

"Yeni bazarlara etibarlı çıxış təmin ediləcək"

R.Əmircanovun fikrincə, gələcəkdə ixrac potensialımız daha da artacaq:

"Sadalanan kompleks addımlar mövcud artım tempini qorumaqla yanaşı, Azərbaycanın qızıl ixracında dayanıqlı və rəqabətədavamlı mövqeyini möhkəmləndirəcək, orta və uzun müddətdə yeni bazarlara etibarlı çıxışı təmin edəcəkdir. Gələcək mərhələdə hasilat həcminin ardıcıl şəkildə artırılması, ixracın ümumi dəyərinin yüksəldilməsi, eləcə də xammal məhsulları ilə yanaşı, zərgərlik məmulatlarının da ixrac strukturunda payının əhəmiyyətli dərəcədə artacağı nəzərdə tutulur".

"Yeni yataqların kəşfinə ehtiyac var"

İqtisadçı Emin Qəribli də düşünür ki, qızıl ixracının artması üçün bütün imkanlar mövcuddur:

"Qızıl ixracının və dəyərinin artmasının müxtəlif səbəbləri var. 2023-2024-cü illərdə hasilat artdı. Xüsusən 2024-cü ilin sonunda artımı daha çox görə bildik. Yeni yataqlar kəşf olundu. Həmin yataqlardan da qızıl hasil etməyə başladılar. İkinci səbəb qiymətin artmasıdır. Son dövrlər qızılın qiymətində ciddi artımlar görürük. O səbəbdən hasilatı daha da artırdılar. Qanunvericilikdə ixracatın stimullaşdırılması üçün prosedurlar da asanlaşdırılıb".

E.Qəriblinin sözlərinə görə, hazırda imkanlar geniş olsa da, yeni yataqlar tapmağa ehtiyac var:

"İxracın artması yaxşıdır. Qısamüddətli dövrdə bugünkü yataqları nəzərə alaraq ixracda artım templəri gözlənilir. Buna həm resurslarımız, həm də qiymətin stabilliyi imkan verir. Amma hər bir halda qızıl tükənən resursdur. Bu tendensiyanın davamlı olması üçün yataqlar səmərəli istifadə olunmalı, ekoloji standartlara əməl edilməlidir. Gələcəkdə yeni yataqların kəşfinə ehtiyac var. Çünki qızıl həm ixrac məhsulu, həm də ehtiyat kimi vacibdir. İşğaldan azad olunan ərazilərdə də yataqlarımız mövcuddur. Bu da o deməkdir ki, gələcəkdə hasilat daha da artacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Sabah” amerikalı legioneri transfer etdi

“Sabah” amerikalı legioneri transfer etdi

Ağdərədəki yanğın genişlənir: 2 helikopter cəlb edildi - VİDEO

Ağdərədəki yanğın genişlənir: 2 helikopter cəlb edildi - VİDEO

Abşeron dairəvi marşrutu üzrə qatarların qrafikində dəyişikliklər edildi - CƏDVƏL

Abşeron dairəvi marşrutu üzrə qatarların qrafikində dəyişikliklər edildi - CƏDVƏL

“Neftçi” yeni transferini açıqladı - RƏSMİ

“Neftçi” yeni transferini açıqladı - RƏSMİ

Türkiyədə meşə yanğınlarına görə 770 nəfər başqa yerə köçürülüb

Türkiyədə meşə yanğınlarına görə 770 nəfər başqa yerə köçürülüb

Kanada Rusiya neftinin qiymətini aşağı salacaq?

Kanada Rusiya neftinin qiymətini aşağı salacaq?

Yanacaq xərclərini 2 dəfə artıran səhv!

Yanacaq xərclərini 2 dəfə artıran səhv!

Restoranda jurnalistə hücum edən xanım işçi cərimələndi

Restoranda jurnalistə hücum edən xanım işçi cərimələndi

YENİ REKORD: Ukrayna PUA-ları Komi Respublikasına zərbə endirdi - VİDEO

YENİ REKORD: Ukrayna PUA-ları Komi Respublikasına zərbə endirdi - VİDEO

Göyçə mahalında zəlzələ oldu

Göyçə mahalında zəlzələ oldu

Yanğın Ağdamda söndürüldü, Xocavənddə davam edir

Yanğın Ağdamda söndürüldü, Xocavənddə davam edir

Rayonlardan Bakıya axın BAŞLADI - Paytaxtdakı sıxlığın səbəbi BƏLLİ OLDU

Rayonlardan Bakıya axın BAŞLADI - Paytaxtdakı sıxlığın səbəbi BƏLLİ OLDU

Pezeşkian: “Hicab məsələsi zorla həll oluna bilməz” - VİDEO

Pezeşkian: “Hicab məsələsi zorla həll oluna bilməz” - VİDEO

Samir Abasov bu futbolçuların "Neftçi"dən getməsini istəyir

Samir Abasov bu futbolçuların "Neftçi"dən getməsini istəyir

İlham Əliyev Şahbaz Şərifə ZƏNG ETDİ

İlham Əliyev Şahbaz Şərifə ZƏNG ETDİ

Kreml Xerson və Zaporojye vilayətlərində işğal etdiyi əraziləri qaytarmaq istəmir

Kreml Xerson və Zaporojye vilayətlərində işğal etdiyi əraziləri qaytarmaq istəmir

Namiq Qaraçuxurlu bağını göstərdi - VİDEO

Namiq Qaraçuxurlu bağını göstərdi - VİDEO

DİN vətəndaşları Qarabağı təmiz saxlamağa çağırdı - FOTO/VİDEO

DİN vətəndaşları Qarabağı təmiz saxlamağa çağırdı - FOTO/VİDEO

Sabah paraflanmış sülh sazişinin mətni dərc ediləcək - Mirzoyan

Sabah paraflanmış sülh sazişinin mətni dərc ediləcək - Mirzoyan

Boşandı, yalnız pivə içdi və...

Boşandı, yalnız pivə içdi və...

İlham Əliyev həm müharibədə, həm də danışıqlar masasında qalib gəlib - “Hürriyet” qəzeti

İlham Əliyev həm müharibədə, həm də danışıqlar masasında qalib gəlib - “Hürriyet” qəzeti

İsveçli hücumçu “Arsenal”da ilk qolunu vurdu - VİDEO

İsveçli hücumçu “Arsenal”da ilk qolunu vurdu - VİDEO

LİDERLƏR Rusiyanın bu əməlini pislədi

LİDERLƏR Rusiyanın bu əməlini pislədi

Ukrayna Rusiyanın növbəti neft emalı zavoduna zərbə endirdi -FOTO

Ukrayna Rusiyanın növbəti neft emalı zavoduna zərbə endirdi -FOTO

End of content

No more pages to load

RADİO