Çin şirkəti Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmiryol şirkətlərinin birgə müəssisəsinə qoşuldu - FOTO

Bakıda “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov, “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze və “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti” SC-nin İdarə Heyətinin sədri Talqat Aldıbergenov arasında üçtərəfli görüş keçirilib.

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryol qurumları arasında Orta Dəhlizin inkişafı üzrə səmərəli əməkdaşlıq məqsədilə yaradılmış “Middle Corridor Multimodal Ltd” birgə müəssisəsinin 7 aylıq fəaliyyətinin yekunları müzakirə edilib.

Tərəflər Orta Dəhlizin imkanlarının artırılması, xüsusilə dəhliz üzrə xidmətlərin rəqəmsallaşmasının genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Xüsusilə qeyd olunub ki, son dövrdə Çin və Azərbaycan arasında Orta Dəhliz üzrə yükdaşımalarda artım dinamikası müşahidə olunur. 2024-cü ildə Çindən 287 blok-qatar qəbul edilib, bu ilin 7 ayı ərzində bu göstərici artıq 225 blok-qatar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə yaxın artım deməkdir. İlin sonunadək isə 400-dən çox blok-qatarın qəbulu gözlənilir. Bu ilin 7 ayında ümumilikdə blok-qatarlarla 24 min TEU yük daşınıb, bu da ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur.

Görüşdə Çinin “China Railway Container Transport Corp. Ltd.” (CRCT) şirkətinin “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmaq niyyəti, bu addımın Orta Dəhlizin inkişafı və Şərq-Qərb-Şərq daşımaları baxımından əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Yekunda CRCT şirkətinin birgə müəssisəyə qoşulması yekdilliklə qəbul edilib və müvafiq protokol imzalanıb.
 

Bildirilib ki, Azərbaycan, Qazaxıstan və Gürcüstanın “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsi çərçivəsində əməkdaşlığı Orta Dəhliz üzrə fasiləsiz, etibarlı və səmərəli yükdaşıma əməliyyatlarının təmin edilməsinə, vahid pəncərə vasitəsilə müştəri rahatlığının artırılmasına yönəlib.


Çin şirkətinin bu müəssisəyə qoşulması ilə Çindən Avropa istiqamətində göndərilən konteyner yüklərinin təşkili üçün yeni imkanlar yaranacaq.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

2 gündən sonra gözünüz göydə olsun – FOTO

2 gündən sonra gözünüz göydə olsun – FOTO

Ukraynada çimərlikdə dəhşətli PARTLAYIŞ: Ölənlər var – VİDEO

Ukraynada çimərlikdə dəhşətli PARTLAYIŞ: Ölənlər var – VİDEO

Görmə qabiliyyətini yaxşılaşdırmaq üçün 5 sadə vərdiş

Görmə qabiliyyətini yaxşılaşdırmaq üçün 5 sadə vərdiş

Futbolçumuz komandasını məğlubiyyətdən xilas etdi

Futbolçumuz komandasını məğlubiyyətdən xilas etdi

Roma Papası Azərbaycan və Ermənistanı TƏBRİK ETDİ

Roma Papası Azərbaycan və Ermənistanı TƏBRİK ETDİ

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng etdi

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng etdi

Təyyarədən atılan yardım zənbili insanların üstünə düşdü - DƏHŞƏTLİ VİDEO

Təyyarədən atılan yardım zənbili insanların üstünə düşdü - DƏHŞƏTLİ VİDEO

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi

Marko Rubio Makronu tənqid etdi: “Burnunu hər yerə soxur”

Marko Rubio Makronu tənqid etdi: “Burnunu hər yerə soxur”

İNTERPOL-un axtardığı azərbaycanlı 12 ildən sonra TUTULDU - VİDEO

İNTERPOL-un axtardığı azərbaycanlı 12 ildən sonra TUTULDU - VİDEO

Brilliant Dadaşovanın oğlunun ad günü - VİDEO

Brilliant Dadaşovanın oğlunun ad günü - VİDEO

Putin Zaporojye və Xersona hücumlarını dayandırır?

Putin Zaporojye və Xersona hücumlarını dayandırır?

Məşhur aktrisadan ŞOK ETİRAF – “6 yaşımda 8 kişi tərəfindən...”

Məşhur aktrisadan ŞOK ETİRAF – “6 yaşımda 8 kişi tərəfindən...”

Taliban Kabildə yüzlərlə gözəllik salonunu bağladı - Minlərlə qadın işsiz qaldı

Taliban Kabildə yüzlərlə gözəllik salonunu bağladı - Minlərlə qadın işsiz qaldı

Mahmud Abbas bu tarixdə Fələstin dövlətini elan edəcək?

Mahmud Abbas bu tarixdə Fələstin dövlətini elan edəcək?

Azərbaycanın qızıl ixracında REKORD ARTIM

Azərbaycanın qızıl ixracında REKORD ARTIM

FHN-dən Qarabağa gedən vətəndaşlara TÖVSİYƏ - FOTO

FHN-dən Qarabağa gedən vətəndaşlara TÖVSİYƏ - FOTO

Rezidenturaya qəbul imtahanı keçirildi - Nəticələr yaxın 3 gün ərzində...

Rezidenturaya qəbul imtahanı keçirildi - Nəticələr yaxın 3 gün ərzində...

Kamçatkada 6 bal gücündə zəlzələ oldu

Kamçatkada 6 bal gücündə zəlzələ oldu

“Qarabağ” klubu dünya reytinqində daha üç pillə gerilədi

“Qarabağ” klubu dünya reytinqində daha üç pillə gerilədi

SON DƏQİQƏ: Ukrayna bu əraziləri işğaldan azad etdi - FOTO

SON DƏQİQƏ: Ukrayna bu əraziləri işğaldan azad etdi - FOTO

Abşeron çimərliklərində DƏNİZ SUYUNUN temperaturu

Abşeron çimərliklərində DƏNİZ SUYUNUN temperaturu

İranda atışma: 3 hücumçu məhv edildi, 1 polis HƏLAK OLDU

İranda atışma: 3 hücumçu məhv edildi, 1 polis HƏLAK OLDU

End of content

No more pages to load

RADİO