Pulunuzu bu üç valyutada saxlasanız, uduzmazsınız – QIZIL TÖVSİYƏ

Son zamanlar dolların digər valyutalara nisbətdə ucuzlaşması tendensiyası gedir. Əvəzində isə qızılın qiyməti dolların dünya valyutaları qarşısında dəyər itirməsi fonunda yüksəlir.

Son məlumata görə, Nyu-Yorkun “Comex” birjasında dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 27,57 ABŞ dolları və ya 0,81 faiz artaraq 1 troy unsiyası üçün 3 427,37 ABŞ dolları təşkil edib. Sentyabr ayı üçün gümüş fyuçersləri isə 1,13 faiz artaraq 1 unsiya üçün 37,347 ABŞ dolları olub.

Dollar indeksi eyni zamanda 0,34 faiz azalaraq 98,8 bənd təşkil edib.

Nəticədə qızıla tələb artır.

Dolların zəifləməsi qızıla tələbatı yüksəldir və onu başqa valyutada satın almaq üçün daha əlçatan edir.

Yaranmış durumda görəsən vətəndaşlar əllərindəki vəsaitləri hara yatırsalar, daha çox fayda götürərlər?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən ReAL-ın sədri, iqtisadçı ekspert Natiq Cəfərli insanların maliyyə ehtiyatlarını üç yerə bölərək, həm manat, həm avro, həm də dollarda saxlamasını məsləhət gördü:
 

“Əslində bu dalğalanmalar bir neçə aydır ki, davam edir. Yəni yeni hadisə deyil. Vətəndaşların sərbəst vəsaiti varsa, mövcud situasiyada onlar bunu valyuta səbəti şəklində dəyərləndirə bilərlər.


Mövcud durumda birinin qiyməti digərini tənzimlədiyindən insanlar maliyyə ehtiyatlarını üç yerə bölərək, həm manat, həm avro, həm də dollarda saxlaya bilər”.

Ekspertin fikrincə, manatda saxlamaq ona görə vacibdir ki, gündəlik xərclərdə istifadə oluna bilər:
 

“Çünki xarici valyutada saxlayıb, onu hər dəfə konvertasiya edəndə az miqdarda da olsa, müəyyən itki olur. Bu səbəbdən ən yaxşı variant 3 valyutada saxlanılmaqla valyuta səbətinin tətbiq edilməsidir. Bu halda valyutalardan birinin dəyəri itəndə o birisi qazanır.


Bu gün dollar ucuzlaşıbsa, avronun qiyməti qalxır”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ hərbi bazasında atışma: 5 yaralı var

ABŞ hərbi bazasında atışma: 5 yaralı var

Tailand və Kamboca ilkin razılığa gəldi

Tailand və Kamboca ilkin razılığa gəldi

Ən böyük dəmir yolu şəbəkəsi olan ölkə

Ən böyük dəmir yolu şəbəkəsi olan ölkə

Ukraynadakı müharibə 108 jurnalistin həyatına son qoyub

Ukraynadakı müharibə 108 jurnalistin həyatına son qoyub

“Sabah” amerikalı legionerlə müqavilə imzaladı

“Sabah” amerikalı legionerlə müqavilə imzaladı

“Liverpul”un futbolçusu ərəb klubuna keçir

“Liverpul”un futbolçusu ərəb klubuna keçir

“İmişli” “Şamaxı” ilə oynamaqdan imtina etdi

“İmişli” “Şamaxı” ilə oynamaqdan imtina etdi

Putin: “Trampla şəxsən görüşmək istəyirəm”

Putin: “Trampla şəxsən görüşmək istəyirəm”

“Sumqayıt”dan ayrılan futbolçu “Karvan”a keçdi

“Sumqayıt”dan ayrılan futbolçu “Karvan”a keçdi

Hər yaşlı insan mütləq bu sağlamlıq testlərindən keçməlidir

Hər yaşlı insan mütləq bu sağlamlıq testlərindən keçməlidir

Röya Ayxan çimərlik geyimində - VİDEO

Röya Ayxan çimərlik geyimində - VİDEO

Biləcəri qəsəbəsində elektrik naqilləri partladı - ANBAAN VİDEO

Biləcəri qəsəbəsində elektrik naqilləri partladı - ANBAAN VİDEO

Kürdəmirdə yolu keçən piyadanı avtomobil vurub öldürdü - FOTO

Kürdəmirdə yolu keçən piyadanı avtomobil vurub öldürdü - FOTO

İsrail ordusu Qəzzada BMT-yə məxsus klinikanı yerlə-yeksan etdi - VİDEO

İsrail ordusu Qəzzada BMT-yə məxsus klinikanı yerlə-yeksan etdi - VİDEO

ABŞ-da 5 hərbçini yaralayan şəxsin kimliyi AÇIQLANDI

ABŞ-da 5 hərbçini yaralayan şəxsin kimliyi AÇIQLANDI

Bred Pitin anası vəfat etdi

Bred Pitin anası vəfat etdi

Birləşmiş Ərəb Əmirlikləri Sudana uçuşları dayandırdı

Birləşmiş Ərəb Əmirlikləri Sudana uçuşları dayandırdı

Ukrayna 1000 əsgərin mübadiləsindən imtina etdi

Ukrayna 1000 əsgərin mübadiləsindən imtina etdi

Bakı–İstanbul reysi təxirə salındı - UÇUŞ SABAHA QALDI

Bakı–İstanbul reysi təxirə salındı - UÇUŞ SABAHA QALDI

Gəncədə 13 yaşlı oğlanın meyiti tapıldı

Gəncədə 13 yaşlı oğlanın meyiti tapıldı

“Sabah”ın baş məşqçisi: "Levski" ilə oyuna hazırıq

“Sabah”ın baş məşqçisi: "Levski" ilə oyuna hazırıq

Zelenskidən sensasion AÇIQLAMA: “Rusiya müharibəni dayandırmalıdır” - VİDEO

Zelenskidən sensasion AÇIQLAMA: “Rusiya müharibəni dayandırmalıdır” - VİDEO

Lənkəranda ikimərtəbəli ev əşyaları ilə birgə yandı

Lənkəranda ikimərtəbəli ev əşyaları ilə birgə yandı

Mediński öz soyadını Ukrayna əsirləri siyahısında tapdı – “Bir millət olduğumuz yenə sübut olundu”

Mediński öz soyadını Ukrayna əsirləri siyahısında tapdı – “Bir millət olduğumuz yenə sübut olundu”

End of content

No more pages to load

RADİO