Ukrayna, Suriya, indi isə... – Azərbaycan qazının növbəti alıcısı bu ÖLKƏ OLACAQ

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Artıq bu ilin yarıdan çoxu arxada qalıb. Xeyli təlatümlü bir ili yaşayırıq: bir tərəfdən iqlim dəyişmələri daha qabarıq müşahidə edilir, digər tərəfdən isə dünyanın pozulan nizamının düzəlməsini hələ görə bilmirik. Belə bir şəraitdə isə enerji daşıyıcılarının qiyməti də stabil qalmır.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycan qazı Suriyada 5 milyon evi elektriklə təmin edəcək” – Alparslan Bayraktar


Qlobal bazarlar

Bu həftənin ilk hərracı London Əmtəə Birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 68,54 dollar qiyməti ilə açıldı və az keçmədi ki, 70 dollar həddini keçdi. Ümumiyyətlə, həftə ərzində neft qiymətləri 73 dollara qədər artım nümayiş etdi. Bu artımın da baiskarı ABŞ prezidenti Donald Trampın qəfil qərarı oldu.

Belə ki, iyulun 29-da Tramp Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün Kremlə əvvəl verdiyi 50 günlük möhləti qəfildən 10 günə qədər qısaltdığını bəyan etdi. Və əlavə etdi ki, əgər Moskva sülh danışıqlarına getməsə, onda Rusiyaya qarşı çox ağır sanksiyalar tətbiq ediləcək.


Bu sanksiyalar isə Rusiya neftini alan ölkələrin mallarına 100%-lik rüsumların tətbiqinə qədər gedib çıxacaq. Yəni bir növ Ağ Ev Rusiyanın “qazancını” mümkün qədər azaltmaq siyasətini ortaya qoyur.

Bəs bu gün neftdən Kremlin siyasətinə təsir vasitəsi kimi istifadə etmək nə dərəcədə realdır?

Mövcud dinamikanı nəzərə alsaq, təsir məhdud olaraq qalır. Qərbin sanksiyalarına və G7-nin tətbiq etdiyi qiymət qadağasına baxmayaraq, Rusiya “kölgə donanmasından” istifadə etməklə və axını Asiya bazarlarına – ilk növbədə Hindistan, Çin və Türkiyəyə yönləndirməklə öz neft ixracını hələ ki, müəyyən şəkildə qoruyub saxlayıb.

Gündə təxminən 5 milyon barel Rusiya xam neft və neft məhsullarının qlobal bazardan çıxarılmasıçox güman ki, tədarük balansının pozulmasına gətirib çıxara bilər. Bu, neft qiymətlərində əhəmiyyətli artıma da gətirib çıxara bilər. Nəticədə enerji qiymətlərindəki artım demək olar ki, domino effekti yaradar: yüksək nəqliyyat və sənaye xərcləri, sürətlənmiş inflyasiya, ABŞ və AB daxil olmaqla, enerji idxal edən iqtisadiyyatlarda tənəzzül riskləri.
 

Bununla belə, bu strategiyanın uzunmüddətli effektivliyi alternativ təchizat zəncirlərinin, xüsusən də Yaxın Şərq, ABŞ və Latın Amerikası ölkələrinin Rusiya neftinin buraxdığı boşluğu tez və davamlı şəkildə doldurmaq qabiliyyətindən asılıdır.


Bir sözlə, neft qlobal əmtəə kimi güclü geosiyasi təzyiq vasitəsi olaraq qalır və onun istifadəsi ikitərəfli çubuğu xatırladır: bir tərəfini aşağı sıxdıqda Moskva üçün potensial problemlər yaratmaq mümkündür, lakin digər istehsalçıların kifayət qədər ehtiyat potensialı ilə diqqətlə əlaqələndirilmədiyi və dəstəkləndiyi halda, qlobal bazarlar üçün ciddi geriləmə riskləri də ortaya çıxır.

Ona görə də gələn həftə Trampın Moskvaya verdiyi möhlət başa çatandan sonra sonra atacağı addımlar və bunun bazarlarda yaradacağı əks-səda daha maraqlı olacaq. 

Amma bu gündən baxanda görünən odur ki, atdığı siyasi addımlarda biznes maraqlarını güdən Donald Trampın əsas məqsədi geosiyasi təlatümlərdə maksimum qazanca sahib olmaqdır. Elə Ukrayna müharibəsinin indiki mərhələsində də bunlar hiss edilir: Ağ Ev rəhbəri hər vəchlə Rusiyanı Avropa enerji bazarlarından tam sıxışdırıb çıxarmağa nail olmağa çox yaxındır, onun yerini isə ABŞ tutur.

Hətta müharibənin maliyyələşdirilməsi məsələsində belə Tramp öz vətəndaşlarına sidqi-ürəkdən deyir ki, artıq Amerika Bayden dövründəki kimi birtərəfli xərcləmələrə getmir, müharibə Avropada gedir və Avropa Birliyi öz təhlükəsizliyini təmin etmək üçün ABŞ silahını almağa razı olub. Bundan əlavə 3 il ərzində Avropa Komissiyası ABŞ-dən 750 milyard dollarlıq enerji məhsulları idxal etməyə başlayacaq ki, 2027-ci ilin sonunda öz bazarını tamamilə Rusiya enerji daşıyıcılarından təmizləməyə nail olsun.

Onu qeyd edim ki, yola saldığımız həftə Avropa bazarlarında qazın qiyməti də artıma meyllik nümayiş etdirdi. Belə ki, həftə əvvəli Avropanın əsas qaz qovşaqlarından sayılan Niderlandın TTF mərkəzində 1000 kubmetr mavi yanacağın qiyməti 401 dollara satılırdısa, həftə sonu – avqustun 1-də qiymətlər 415,5 dollara qədər yüksəlmişdi. Bu məsələdə də Rusiyaya qarşı daha sərt addımların atılması ilə bağlı məsələlər bazara təsirsiz ötüşməmişdi. Və belə bir ab-havada Azərbaycan məhz bu həftə Avropanın yeni bir ölkəsinə qaz ixracını reallaşdırmaq yolunda addım atmağa nail oldu.  

Azərbaycan qazı Ukrayna bazarında
 

Həftənin ilk iş günü qaz bazarımız üçün xoş xəbərlə açıldı. Ukraynanın "Naftogaz" Şirkətlər Qrupunun ictimailəşdirdiyi məlumata görə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan “SOCAR Energy Ukraine” şirkəti ilə Azərbaycan təbii qazının alınması haqqında ilk müqavilə imzalanıb.


Ukrayna tərəfinin açıqlamasına görə, ilk dəfə olaraq Azərbaycan qazının alınması Bolqarıstan-Rumıniya-Ukrayna enerji dəhlizi üzərindən Transbalkan marşrutu ilə həyata keçirilir. Bu, hələlik sınaq tədarükü xarakteri daşıyır. "Bu, həcm baxımından kiçik, lakin strateji cəhətdən mühüm addımdır və uzunmüddətli əməkdaşlığa yol açır. Bu saziş, həmçinin tədarük mənbələrinin şaxələndirilməsi və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin daha bir nümunəsidir", - deyə "Naftogaz"ın baş direktoru Sergey Koretski sövdələşmə ilə bağlı fikrini açıqlayıb.

Azərbaycanın qazın Ukraynaya Bolqarıstandan nəql olunması göstərilib. Azərbaycan qazı isə Bolqarıstana iki marşrut üzrə daxil olur: Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP kəmərinin Yunanıstan-Bolqarıstan qolu ilə və 2024-cü ilin iyunundan həyata keçirilməyə başlamış Türkiyə-Bolqarıstan kəməri ilə.

Beləliklə, Ukrayna Avropa məkanında Azərbaycan qazını alan sayca 11-ci ölkə oldu. Bundan əlavə Avropa məkanında yerləşən postsovet respublikaları içərisində də Azərbaycan qazının ilk alıcısı kimi tarixə düşdü. Bundan öncə Azərbaycan qazının alıcıları sırasında Gürcüstan və Rusiyanın cənubunda yerləşən Dağıstan bölgəsi yer almışdı.

Moldova Azərbaycan qazını almağa hazırlaşır

Amma bu da son deyil. Belə ki, daha bir postsovet respublikası Azərbaycan qazını idxal etməyə çox yaxındır. Moldova Azərbaycan qazının Trans-Balkan qaz kəməri ilə Ukraynaya tədarükünə başlaması ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin qərarını alqışlayır. Belə bəyanatla bu günlərdə Moldovanın energetika naziri Dorin Jungiyetu çıxış edib.

O qeyd edib ki, Trans-Balkan marşrutu ilə Azərbaycan qazının Ukraynaya tədarükü Moldovaya bu enerji resursunu əldə etməyə yol açır. "Bu kontekstdə Moldava Respublikası gələcəkdə Azərbaycandan birbaşa qaz ala bilər. Kişineu bu istiqamətdə Azərbaycanla uzunmüddətli saziş imzalamaq imkanını nəzərdən keçirməyə açıqdır", - deyə nazir bildirib.

Qeyd etmək lazımdır ki, Azərbaycandan Ukraynaya qaz tədarükünün başlanması və ölkəmizin qaz coğrafiyasının genişləndirilməsi təkcə idxalçı ölkələrin enerji təhlükəsizliyinin gücləndirilməsi ilə məhdudlaşmır, eyni zamanda Cənub-Şərqi Avropa ölkələrində Azərbaycanın siyasi-iqtisadi mövqelərini möhkəmləndirir və uzunmüddətli əməkdaşlıq əlaqələrinin inkişafı üçün imkanlar açır. Rəsmi Bakı isə enerji siyasətinin gerçəkləşdirilməsində təkcə Qərbə baxmır.

Yaxın Şərqə axan ilk Azərbaycan qazı

Avqustun 2-dən etibarən Azərbaycan qazının alıcıları sırasına yeni bir ölkə də əlavə olundu. Azərbaycan qazı Suriyaya nəql edilməyə başladı. Suriya Azərbaycan qazının idxalçıları arasında 14-cü ölkə kimi enerji tariximizə düşdü.
 

Mətbuata açıqlanan məlumata görə, cari il üçün Azərbaycan gündəlik olaraq Suriyaya 3,4 milyon kubmetr qaz ixrac edəcək. Azərbaycan qazının Suriyaya çatdırılması Türkiyə ərazisində BOTAŞ şirkətinin nəqletmə sistemi vasitəsi ilə reallaşdırılcaq. Bundan sonra mavi yanacaq tikintisi bu ilin mayın sonlarında yekunlaşdırılan 60 km-lik Kilis (Türkiyə) – Hələb (Suriya) boru xətti ilə təyinat nöqtəsinə ötürüləcək.


Suriya hökuməti Azərbaycandan idxal etdiyi qazı Holms və Hələb şəhərlərindəki istilik-elektrik stansiyalarına yönəldərək 900 MVT gücündə elektrikin istehsal edilməsinə nail olmağı planlaşdırır. Çünki hazırda Suriya dərin enerji böhranı keçirir. Ölkənin enerji təminatında artıq 14 ildir ki (ölkədə 2011-ci ildə vətəndaş müharibəsi başlayan zamandan), stabillik pozulub və istehlakçılar gün ərzində 2-4 saat elektriklə təmin edilə bilirlər. Bu baxımdan da Azərbaycan qazının Suriya bazarına daxil olması ilə Suriya hökuməti enerji böhranının yaşanan təsirlərini qismən də olsa azaltmaq arzusundadır.   

Bu arzu isə rəsmi Dəməşqdə bu il aprel ayında oyanmağa başladı. Belə ki, iki ölkə arasında enerji diplomatiyasının əsası aprelin 11-də keçirilmiş Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Suriya dövlət başçısı Əhməd Əl Şaraanın görüşündə qoyulub. Bundna sonra dövlət başçısının tapşırığı ilə cari ilin mayında Suriyaya baş nazirin müavini Samir Şərifovun başçılığı ilə ilk hökumət nümayəndə heyətinin səfəri həyata keçirildi.
 

Azərbaycanın Suriyanın dağıdılmış iqtisadiyyatının yenidən qurulmasında iştirakı məsələləri müzakirə edildi. Və nəhayət, iyulun 12-də isə Suriya Prezidenti Azərbaycana səfər edərkən ölkələrimiz arasında iqtisadi, xüsusilə enerji sahəsində tərəfdaşlıq imkanları geniş şəkildə müzakirə olundu.


Azərbaycanın dövlət başçısı suriyalı həmkarı ilə görüşdə Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyini vurğulayıb və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyini qeyd edib. Məhz həmin səfər çərçivəsində Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalandı ki, bu da Azərbaycan qazının Suriyaya ixrac edilməsinin əsasını qoydu.

Bir sözlə, Azərbaycan təbii qazının Suriyada elektrik enerjisi istehsalı güclərinin artırılmasında strateji rol oynayacaq ki, buna da gələcək iqtisadi bərpanın təminatçısı kimi baxmaq olar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qaxda kafedə araq içən kişi dünyasını dəyişdi

Qaxda kafedə araq içən kişi dünyasını dəyişdi

Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında TELEFON DANIŞIĞI

Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında TELEFON DANIŞIĞI

“Elçin Əfəndiyevin ədəbi mirası akademik səviyyədə araşdırılmalıdır” – Orxan Fikrətoğlu

“Elçin Əfəndiyevin ədəbi mirası akademik səviyyədə araşdırılmalıdır” – Orxan Fikrətoğlu

Azərbaycana bu ölkədən ətlər gətirilir - Əhaliyə 13.50 AZN-dən satılır

Azərbaycana bu ölkədən ətlər gətirilir - Əhaliyə 13.50 AZN-dən satılır

Bu peşələr ləğv olunacaq! - SİYAHI

Bu peşələr ləğv olunacaq! - SİYAHI

“Qarabağ” Şimali Makedoniyaya getdi - FOTO

“Qarabağ” Şimali Makedoniyaya getdi - FOTO

Elçin Əfəndiyev dəfn olundu – FOTO/VİDEO

Elçin Əfəndiyev dəfn olundu – FOTO/VİDEO

Prezident Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq İMZALADI

Prezident Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq İMZALADI

Peskov: “Putin Zelenski ilə görüşməyə hazırdır”

Peskov: “Putin Zelenski ilə görüşməyə hazırdır”

Kəlbəcərdə gözlənilməz mənzərə – Min illərin “nəfəs”i kameralarımızda – VİDEO

Kəlbəcərdə gözlənilməz mənzərə – Min illərin “nəfəs”i kameralarımızda – VİDEO

“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri BƏLLİ OLDU

“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri BƏLLİ OLDU

DİM MƏLUMAT YAYDI: İmtahan nəticələri bu tarixdə açıqlanacaq

DİM MƏLUMAT YAYDI: İmtahan nəticələri bu tarixdə açıqlanacaq

Üzərinə milçək qonan yeməyi yemək olarmı? - AÇIQLAMA

Üzərinə milçək qonan yeməyi yemək olarmı? - AÇIQLAMA

BÜRCLƏR üçün avqust ayının ən şanslı günləri

BÜRCLƏR üçün avqust ayının ən şanslı günləri

“Sonradan öyrəndik ki, bu, Ermənistan tərəfindən atılan “Smerç” raketidir”

“Sonradan öyrəndik ki, bu, Ermənistan tərəfindən atılan “Smerç” raketidir”

Ağdaşda da ehsan israfçılığına qadağa qoyuldu – FOTO

Ağdaşda da ehsan israfçılığına qadağa qoyuldu – FOTO

“28 Mall”da qadının çantası OĞURLANDI

“28 Mall”da qadının çantası OĞURLANDI

Bakıda çalışan müəllimlərin SAYI

Bakıda çalışan müəllimlərin SAYI

Elçin Əfəndiyevin qızı: “Çox xoşbəxt ailə idik”

Elçin Əfəndiyevin qızı: “Çox xoşbəxt ailə idik”

Elçindən geriyə qalanlar: Biri səfir, o biri deputat...

Elçindən geriyə qalanlar: Biri səfir, o biri deputat...

Mixail Qusman Bakıdadır – VİDEO

Mixail Qusman Bakıdadır – VİDEO

Anar göz yaşlarına BOĞULDU – “Bu taleyin cəzasıdır...” – VİDEO

Anar göz yaşlarına BOĞULDU – “Bu taleyin cəzasıdır...” – VİDEO

Yəmən sahillərində miqrantları daşıyan qayıq batdı – 76 ölü var

Yəmən sahillərində miqrantları daşıyan qayıq batdı – 76 ölü var

Baş nazir və müavinləri Elçinlə vida mərasimində - FOTO/VİDEO

Baş nazir və müavinləri Elçinlə vida mərasimində - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO