Azərbaycanda kredit kartlarına LİMİT QOYULDU

Mərkəzi Bank istehlak kredit kartları (kredit xətləri) üzrə borclanmanın daha məsuliyyətli və sağlam aparılması üçün tənzimləyici çərçivəni gücləndirib.

Bizim.Media-nın məlumatına görə, Mərkəzi Bankın yaydığı press-relizdə bildirilir ki, qəbul olunmuş requlyativ dəyişikliklərin əsas diqqəti əhalinin izafi borclanmasının qarşısının alınması və bank sisteminin kapital dayanıqlığının təmin edilməsinə yönəlib.

Qeyd edilib ki, Mərkəzi Bank tərəfindən aparılan təhlillər çərçivəsində, son dövrlərdə istehlak krediti seqmentində kredit kartlarının yüksək artım dinamikası müşahidə edilib.
 

Qeyd olunmalıdır ki, bu tendensiya əhalinin sərəncamında qalan gəlirlərində müsbət artım fonunda olsa da, borc yükünün sərəncamda qalan gəlirdə payının artımı ilə də müşayiət olunub.


Dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır. Sözügedən limit borcalanın digər kredit təşkilatlarına qarşı öhdəliklərini də nəzərə almaqla hesablanır. Bu, əhalinin istehlak kredit kartları üzrə borclanma imkanlarını borcalanların real ödəmə qabiliyyətini əks etdirən maliyyə göstəricilərini nəzərə almağa və banklar tərəfindən risklərin daha erkən mərhələdə tanıyaraq minimallaşdırmağa imkan verəcək.

Qeyd edək ki, nağd vəsaitlərlə, habelə bank və qiymətli metallarla təmin edilmiş kredit xətləri borcalanın xalis vergidən sonrakı gəlirinin 5 misli normativinin hesablanmasından istisna edilir.

Yeni tələbə əsasən bu limitdən artıq olan istehlak kredit xətlərinin məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1%-dən artıq olmamalıdır.

Yeni requlyativ tələblər bankların məsuliyyətli kreditləşmə təcrübəsini təşviq etməklə yanaşı, istehlakçının ödəmə qabiliyyətinə uyğun borclanmanın təmin olunmasına xidmət edəcəkdir. Bu yanaşma, Mərkəzi Bank tərəfindən tətbiq olunan istehlak kreditləri üzrə məsuliyyətli və sağlam borclanma siyasəti ilə uyğunluq təşkil edərək, əhalinin maliyyə yükünün izafi artmasının qarşısını almaqla sosial risklərin minimuma endirilməsini hədəfləyir.

Təsdiqlənmiş digər dəyişikliklərə əsasən, overdraft limitləri kredit xətləri anlayışına daxil edilib, istehlak kreditlərinin xüsusiyyətləri nəzərə alınmaqla istehlak kredit kartları üzrə kreditə konvertasiya əmsalı 40% müəyyən edilib.
 

İstehlak kredit xətlərinin balansdankənar hesablarda olduğu müddətdə həmin xətlər üzrə 100% risk dərəcəsi tətbiq ediləcəkdir. Bu yanaşma bankların kapital adekvatlığı göstəricilərinin real risk səviyyələrinə uyğun olmasına və sistem sabitliyinin qorunmasına imkan verəcəkdir.


Mərkəzi Bankın müvafiq qaydalarına edilmiş digər dəyişikliyə əsasən, aşağı riskli olması nəzərə alınaraq “A-“ kredit reytinqinə malik çoxtərəfli inkişaf bankları tərəfindən buraxılmış qiymətli kağızlar aktivlərin yüksək keyfiyyətli kateqoriyasına aid edilib və banklar tərəfindən onlar üzrə əlavə ehtiyat yaradılması tələbi istisna olunub.

Həmçinin qeyd olunmalıdır ki, bank sektorunun real iqtisadiyyatı maliyyələşdirməsi məsələləri Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bu çərçivədə, Mərkəzi Bankın banklar tərəfindən aktivlərin təsnifləşdirilməsi tələblərini əks etdirən aidiyyəti qaydalarında müvafiq dəyişiklik edilib.

Belə ki, sözügedən qaydalarda nəzərdə tutulan borcalanın zərərlə fəaliyyət göstərməsi anlayışı dəqiqləşdirilib. Dəyişikliyə əsasən, borcalanın zərərlə fəaliyyət göstərməsi dedikdə xalis zərər deyil, sahibkarlıq subyektinin faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət göstəricisinin (EBITDA) onun cəmi faiz xərclərindən az olması və ya mənfi olması meyar olaraq müəyyən edilib.

Bu, banklar tərəfindən biznes kreditləşməsi çərçivəsində sahibkarlıq subyektlərinin iqtisadi fəaliyyətinin səmərəliliyinin daha real qiymətləndirilməsinə və kredit risklərinin daha adekvat idarə olunmasına şərait yaradır.

Təsdiq olunmuş dəyişiklikləri aşağıdakı keçid vasitəsilə nəzərdən keçirmək mümkündür: //e-qanun.az/framework/60285

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kürdəmirdə zəli ovlayan şəxslərə HÖKM OXUNUB

Kürdəmirdə zəli ovlayan şəxslərə HÖKM OXUNUB

İstehsalçılar, fermerlər və satıcıların elektron portala qeydiyyatı BAŞLADI

İstehsalçılar, fermerlər və satıcıların elektron portala qeydiyyatı BAŞLADI

Hakimi 15 ilədək HƏBS OLUNA bilər

Hakimi 15 ilədək HƏBS OLUNA bilər

Qarpız yeyəndə EHTİYATLI OLUN: Şirin ləzzətin arxasında gizlənən təhlükələr

Qarpız yeyəndə EHTİYATLI OLUN: Şirin ləzzətin arxasında gizlənən təhlükələr

Mask Aİ-nin dağılmasının TƏRƏFDARIDIR: "Avropada demokratiyanı məhv edir"

Mask Aİ-nin dağılmasının TƏRƏFDARIDIR: "Avropada demokratiyanı məhv edir"

Bitki çaylarının faydası və ziyanı

Bitki çaylarının faydası və ziyanı

ABŞ və NATO Ukraynaya hərbi təchizat üçün yeni maliyyə mexanizmi YARADIR

ABŞ və NATO Ukraynaya hərbi təchizat üçün yeni maliyyə mexanizmi YARADIR

“İmişli” braziliyalı yarımmüdafiəçi TRANSFER ETDİ

“İmişli” braziliyalı yarımmüdafiəçi TRANSFER ETDİ

Çimərliklərdə avtoxuliqanlıq edənləri nə gözləyir? - VİDEO

Çimərliklərdə avtoxuliqanlıq edənləri nə gözləyir? - VİDEO

Azərbaycan kinosunun yaranmasından 127 il ÖTÜR

Azərbaycan kinosunun yaranmasından 127 il ÖTÜR

Barat Yusubov bütün orqanlarını bağışladı - FOTO

Barat Yusubov bütün orqanlarını bağışladı - FOTO

Yekaterinburqda azərbaycanlıların bazarına yeni hücum – VİDEO

Yekaterinburqda azərbaycanlıların bazarına yeni hücum – VİDEO

Rusiya Xarkova dronla zərbə endirdi - Yaralılar var

Rusiya Xarkova dronla zərbə endirdi - Yaralılar var

Elektrikli maşınların ömrü uzun OLMAYACAQ - Daha sərfəli variant var

Elektrikli maşınların ömrü uzun OLMAYACAQ - Daha sərfəli variant var

13 ildən sonra İLK UÇUŞ - VİDEO

13 ildən sonra İLK UÇUŞ - VİDEO

“Neftçi” son hazırlıq matçında da qalib gələ BİLMƏDİ

“Neftçi” son hazırlıq matçında da qalib gələ BİLMƏDİ

Gəncədə iki maşın toqquşdu, 3 nəfər xəstəxanalıq oldu

Gəncədə iki maşın toqquşdu, 3 nəfər xəstəxanalıq oldu

Vadji “Turan Tovuz”un ən çox maaş alan oyunçusu oldu

Vadji “Turan Tovuz”un ən çox maaş alan oyunçusu oldu

Mingəçevirdə yaşlı qadını maşın vurub öldürdü

Mingəçevirdə yaşlı qadını maşın vurub öldürdü

“Google”da YENİLİK: Hər kəs daxil ola bilməyəcək…

“Google”da YENİLİK: Hər kəs daxil ola bilməyəcək…

Sabah Bakıda hava çox əlverişsiz olacaq - XƏBƏRDARLIQ

Sabah Bakıda hava çox əlverişsiz olacaq - XƏBƏRDARLIQ

Azərbaycan klubu litvalı basketbolçu TRANSFER ETDİ

Azərbaycan klubu litvalı basketbolçu TRANSFER ETDİ

Baş Şirvan kollektorunda iki nəfər BOĞULDU

Baş Şirvan kollektorunda iki nəfər BOĞULDU

Ağdamda yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə BAŞLADI - FOTO

Ağdamda yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə BAŞLADI - FOTO

End of content

No more pages to load

RADİO