Qardaş ölkələr arasında TARİXİ RAZILAŞMA – Azərbaycan üçün böyük gəlir FÜRSƏTİ

Xəbər verdiyimiz kimi, bu yaxınlarda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Ankaraya səfəri çərçivəsində Qazaxıstan və Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclası keçirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmin tədbirdə bildirib ki, ölkəsi Qazaxıstanla ticarət dövriyyəsini 15 milyard ABŞ dollarına çatdırmaq üçün fəaliyyətini davam etdirəcək:
 

“Biz ticarət, müdafiə sənayesi, kənd təsərrüfatı, turizm və mədəniyyət sahələrində bu müsbət dinamikanı daha da inkişaf etdirməyə çalışırıq. Qazaxıstan bizim ən böyük ticarət tərəfdaşlarımızdan biridir. Ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq üçün işimizi davam etdirəcəyik”.


Bu isə hazırkı göstəricidən 3 dəfə çox deməkdir. Belə ki, ötən il ikitərəfli ticarətin həcmi 5 milyard dollar təşkil edib.

Aydın məsələdir ki, Qazaxıstanla Türkiyə arasında ticarət əlaqələrində tranzit məkan olaraq Azərbaycan mühüm yer tutur. Belədə Ankara ilə Astana arasında ticarətin həcminin kəskin artması öz növbəsində Azərbaycanın da tranzit gəlirlərinin artımına stimul yarada bilər.

Azərbaycan üçün mühüm fürsət

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, Türkiyə ilə Qazaxıstan arasında ticarət əlaqələrinin kəskin artması tranzit yolu baxımından Azərbaycanın gəlirlərinin də kəskin artımına imkan verəcək:

“Hazırda Azərbaycanın ən perspektivli qeyri-neft sektoru rolunda tranzit imkanlarının genişlənməsi çıxış edir. Dünya və bölgə iqtisadiyyatında gedən prosesləri nəzərə alsaq, tranzit imkanlarımızdan faydalanmaq şansları kifayət qədər perspektivli, şaxəli və genişdir. Türkiyə ilə Qazaxıstan arasında ticarət dövriyyəsinin 3 dəfə artması da bu fonda Azərbaycanın tranzit imkanlarının genişlənməsi deməkdir”.

Ekspertin fikrincə, bu proses tranzit boyu ərazilərdə xidmətlərin, infrastrukturun genişlənməsinə, xidmət sektorunun bölgələrimiz üzrə artmasına səbəb olacaq:

“Nəinki təkcə Türkiyə ilə Qazaxıstan, habelə Çinlə Türkiyə, Çinlə Avropa arasında əlaqələrdə ən optimal tranzit xətləri məhz Azərbaycan üzərindən keçən tranzit xətləridir. Bu mənada Azərbaycan Astana ilə Ankara arasında ikitərəfli əlaqələrin genişlənməsindən ancaq və ancaq mənfəətlə çıxacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu media subyektləri 5000 manatadək cərimələnəcək – QANUN TƏSDİQLƏNDİ

Bu media subyektləri 5000 manatadək cərimələnəcək – QANUN TƏSDİQLƏNDİ

Prezidentdən Fəxrəddin Manafovla bağlı SƏRƏNCAM

Prezidentdən Fəxrəddin Manafovla bağlı SƏRƏNCAM

Əmlakına həbs qoyulanların NƏZƏRİNƏ – İki ay möhlət veriləcək

Əmlakına həbs qoyulanların NƏZƏRİNƏ – İki ay möhlət veriləcək

53 nəfərin diplomu saxta çıxdı – RƏSMİ

53 nəfərin diplomu saxta çıxdı – RƏSMİ

Rusiya Kramatorska zərbə endirdi – Ölənlər və yaralılar var

Rusiya Kramatorska zərbə endirdi – Ölənlər və yaralılar var

Prezident və birinci xanım Arif Babayevin vida mərasiminə əklil göndərdi – FOTO

Prezident və birinci xanım Arif Babayevin vida mərasiminə əklil göndərdi – FOTO

Sabah 41 dərəcə isti olacaq – PROQNOZ

Sabah 41 dərəcə isti olacaq – PROQNOZ

Arif Babayevin vəfatından öncəki son halı - VİDEO

Arif Babayevin vəfatından öncəki son halı - VİDEO

Arif Babayevlə VİDA mərasimi KEÇİRİLİR –FOTO/VİDEO

Arif Babayevlə VİDA mərasimi KEÇİRİLİR –FOTO/VİDEO

Azərbaycandan keçməklə Rusiyaya aparılan “kahı”da marixuana aşkarlandı – FOTO

Azərbaycandan keçməklə Rusiyaya aparılan “kahı”da marixuana aşkarlandı – FOTO

Arif Babayevin SON MÜSAHİBƏSİ – Mərhum sənətkar hansı arzusunu dilə gətirmişdi? – VİDEO

Arif Babayevin SON MÜSAHİBƏSİ – Mərhum sənətkar hansı arzusunu dilə gətirmişdi? – VİDEO

Bakıda kişi azyaşlının telefonunu talayıb qaçdı – VİDEO

Bakıda kişi azyaşlının telefonunu talayıb qaçdı – VİDEO

Arif Babayevin nəşi Beynəlxalq Muğam Mərkəzinə APARILIR – VİDEO

Arif Babayevin nəşi Beynəlxalq Muğam Mərkəzinə APARILIR – VİDEO

İlham Əliyev və Mehriban Əliyeva Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzaladılar

İlham Əliyev və Mehriban Əliyeva Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzaladılar

Türkiyədə mədən çökdü – FOTO

Türkiyədə mədən çökdü – FOTO

Şəkidə qəsdən yanğın törədən şəxslər HƏBS OLUNDULAR - FOTO/VİDEO

Şəkidə qəsdən yanğın törədən şəxslər HƏBS OLUNDULAR - FOTO/VİDEO

Gülay Zeynallı: “Sənət tərbiyəmi, xeyir-duamı siz verdiniz” - FOTO

Gülay Zeynallı: “Sənət tərbiyəmi, xeyir-duamı siz verdiniz” - FOTO

“Özümü qalib kimi hiss edirəm” - Rəşad Sadıqov

“Özümü qalib kimi hiss edirəm” - Rəşad Sadıqov

Xanəndə Firuz Səxavət: "Dedi ki, səhər çıxıram, gedək Qaxa..." - VİDEO

Xanəndə Firuz Səxavət: "Dedi ki, səhər çıxıram, gedək Qaxa..." - VİDEO

“Beşiktaş” Arda Turanın komandası ilə bacarmadı - VİDEO

“Beşiktaş” Arda Turanın komandası ilə bacarmadı - VİDEO

Qarabağ Universitetində tibb təhsili üzrə plan yerinin sayı AÇIQLANDI

Qarabağ Universitetində tibb təhsili üzrə plan yerinin sayı AÇIQLANDI

ŞAD XƏBƏR! Bu şəxslər üçün KREDİT İMKANLARI YARADILIR

ŞAD XƏBƏR! Bu şəxslər üçün KREDİT İMKANLARI YARADILIR

Kamçatkada yenə güclü ZƏLZƏLƏ oldu

Kamçatkada yenə güclü ZƏLZƏLƏ oldu

“Ağdamda ev muzeyinə birlikdə gedəcəkdik, qismət olmadı” – VİDEO

“Ağdamda ev muzeyinə birlikdə gedəcəkdik, qismət olmadı” – VİDEO

End of content

No more pages to load

RADİO