Azərbaycanda pensiya yaşı 70-ə qaldırılır? – Deputatdan AÇIQLAMA

Son günlər Almaniyanın iqtisadiyyat nazirinin pensiya yaşının 70-ə qaldırılması ilə bağlı verdiyi açıqlama beynəlxalq miqyasda geniş müzakirələrə səbəb olub. Bu çağırış Azərbaycanda da narahatlıq doğurub. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə “görəsən, bizdə də pensiya yaşı artırılacaqmı?” sualı tez-tez səslənir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Müşfiq Cəfərov bildirib ki, ölkəmizdə pensiya yaşı hazırda optimal şəkildə müəyyən olunub və onun artırılmasına ehtiyac yoxdur:

“Düşünürəm ki, bu yaş məsələsini daha da artırmağa ehtiyac yoxdur. Çünki insanın ömrünün yarıdan çoxunu əmək fəaliyyəti ilə keçirməsi arzuolunan deyil. Doğrudur, bu gün dünyada dəyişən iqtisadi trendlər və sosial yük mexanizmləri yeni yanaşmaları zəruri edir. Lakin 65 yaşlı bir insanın istənilən sahədə səmərəli işləyə biləcəyini düşünmək reallıqdan uzaqdır”, - deyə o bildirib.

Deputat qeyd edib ki, insan ömrünün uzanması onun fiziki və zehni iş qabiliyyətinin eyni sürətlə davam edəcəyi anlamına gəlmir:

“Məsələn, 65 yaşlı bir şəxsin sərnişin avtobusu idarə etməsi nə dərəcədə təhlükəsiz olar? Təbii ki, bu sual üzərində ciddi düşünmək lazımdır. Həmçinin, bu yaşda olan insanların müasir iş mexanizmlərinə, texnoloji yeniliklərə uyğunlaşması da çox zaman çətinlik yaradır. Bu gün 60 yaşını keçmiş neçə nəfər kompüter bacarıqlarına tam yiyələnib və ondan peşəkar şəkildə istifadə edə bilir?”

Müşfiq Cəfərovun fikrincə, əgər pensiya yaşı artırılacaqsa belə, bu yalnız uzaq perspektivdə, yəni növbəti 15-20 ildə mümkündür:

“Hazırda 30-40 yaş aralığında olan şəxslər müasir çağırışlara daha uyğun gəlir, onlar texnoloji mühitdə böyüyüblər. Gələcəkdə bu nəsil 70 yaşa çatsa belə, müəyyən sahələrdə fəaliyyətlərini davam etdirə bilərlər. Lakin bu günün 60 yaşlı vətəndaşlarının 70 yaşa qədər işləməsini gözləmək qeyri-real görünür”.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vaşinqton və Pekin tariflər üzrə güzəştlərin müddətini UZATDI

Vaşinqton və Pekin tariflər üzrə güzəştlərin müddətini UZATDI

Bölgə klubu bu futbolçu ilə yollarını ayırdı

Bölgə klubu bu futbolçu ilə yollarını ayırdı

40 deputat Aİ-ni İsraillə ticarət sazişini dayandırmağa ÇAĞIRDI

40 deputat Aİ-ni İsraillə ticarət sazişini dayandırmağa ÇAĞIRDI

Yevlaxda qadın sürücünün aşırdığı avtomobildə 5 yaşlı oğlu da xəsarət alıb

Yevlaxda qadın sürücünün aşırdığı avtomobildə 5 yaşlı oğlu da xəsarət alıb

ABŞ Rusiyanın Komandor adalarını almaq istəyir - 15 milyard dollar

ABŞ Rusiyanın Komandor adalarını almaq istəyir - 15 milyard dollar

Yevlaxda AĞIR QƏZA: Bir ailənin 7 üzvü xəsarət aldı

Yevlaxda AĞIR QƏZA: Bir ailənin 7 üzvü xəsarət aldı

Azad olunmuş ərazilərə bir aya rekord sayda ziyarət - FOTO

Azad olunmuş ərazilərə bir aya rekord sayda ziyarət - FOTO

“Qarabağ” – “Şelburn” matçına nə qədər bilet SATILIB?

“Qarabağ” – “Şelburn” matçına nə qədər bilet SATILIB?

Ermənistan Prezidenti: “Məqsədimiz yaxın vaxtlarda Azərbaycanla sülh sazişi imzalamaqdır”

Ermənistan Prezidenti: “Məqsədimiz yaxın vaxtlarda Azərbaycanla sülh sazişi imzalamaqdır”

Dövlət Turizm Agentliyinin əməkdaşının həbs müddəti UZADILDI

Dövlət Turizm Agentliyinin əməkdaşının həbs müddəti UZADILDI

Qəzəbli gənc mərtəbəni səhv salaraq, 4 nəfərin ölümünə səbəb oldu - FOTO/VİDEO

Qəzəbli gənc mərtəbəni səhv salaraq, 4 nəfərin ölümünə səbəb oldu - FOTO/VİDEO

Azərbaycanda KAZİNO SƏNAYESİ - Turizm və iqtisadiyyat üçün yeni imkanlar - ARAŞDIRMA

Azərbaycanda KAZİNO SƏNAYESİ - Turizm və iqtisadiyyat üçün yeni imkanlar - ARAŞDIRMA

Paytaxtın bəzi yollarında SIXLIQ VAR

Paytaxtın bəzi yollarında SIXLIQ VAR

"İnter" "Atalanta"ya yeni təklif GÖNDƏRDİ

"İnter" "Atalanta"ya yeni təklif GÖNDƏRDİ

"Gündəlik Bakı" qəzetinin həbsdə olan baş redaktoru ilə bağlı QƏRAR

"Gündəlik Bakı" qəzetinin həbsdə olan baş redaktoru ilə bağlı QƏRAR

Üçmərtəbəli bina çökdü, 24 nəfər təxliyə edildi - VİDEO

Üçmərtəbəli bina çökdü, 24 nəfər təxliyə edildi - VİDEO

Diqqət: Bu insanlar üçün sabah hava əlverişsiz olacaq

Diqqət: Bu insanlar üçün sabah hava əlverişsiz olacaq

Qovlar şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı TƏSDİQLƏNDİ

Qovlar şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı TƏSDİQLƏNDİ

Əli Xamenei: “Uranın zənginləşdirilməsi ABŞ üçün bəhanədir, əsas məsələ…” - VİDEO

Əli Xamenei: “Uranın zənginləşdirilməsi ABŞ üçün bəhanədir, əsas məsələ…” - VİDEO

Nəbatat Bağından ilanın uşağı sancması ilə bağlı daha bir AÇIQLAMA

Nəbatat Bağından ilanın uşağı sancması ilə bağlı daha bir AÇIQLAMA

İsrailli nazir: “Heç bir danışıq olmayacaq, müharibə sona qədər davam edəcək” – VİDEO

İsrailli nazir: “Heç bir danışıq olmayacaq, müharibə sona qədər davam edəcək” – VİDEO

Zaurun zarafatı Günayı özündən çıxardı – VİDEO

Zaurun zarafatı Günayı özündən çıxardı – VİDEO

Bloger "like" üçün eşşəyi "zipline"la havaya buraxdı – VİDEO

Bloger "like" üçün eşşəyi "zipline"la havaya buraxdı – VİDEO

Kürdəmirdə dəhşətli QƏZA -10 yaşlı uşağı maşın vurdu

Kürdəmirdə dəhşətli QƏZA -10 yaşlı uşağı maşın vurdu

End of content

No more pages to load

RADİO