Bakıda ortaaylıq əməkhaqqı artdı

Paytaxt Bakıda ortaaylıq əməkhaqqı artıb. Belə ki, bu ilin yanvar-aprel aylarında paytaxtda muzdla işləyənlərin ortaaylıq nominal əməkhaqqı 1 385.9 manat təşkil edib. Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, paytaxtda ortaaylıq əməkhaqqı 2024-cü ilin yanvar-aprel aylarına nisbətdə 8.1 faiz artıb.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda muzdlu işçilərin ortaaylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9.2 faiz artaraq 1 100.6 manat təşkil edib.

Ortaaylıq əməkhaqqının artımı daha çox hansı sahələrdə hiss olunur? Az maaş olan sahələrdə də ortaaylıq əməkhaqqının artımından sonra artım meylləri müşahidə edilə bilər?

Bizim.Media bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Özəl sektor öndədir
 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, ortaaylıq əməkhaqqında olan artım daha çox özəl sektora aid sahələrdə müşahidə edilir:


"Bu, birbaşa ölkə üzrə muzdlu işçilərin əməkhaqlarındakı artımlarla bağlıdır. Sosial paketin dərinləşməsi bütövlükdə ölkə üzrə ortaaylıq əməkhaqqı məbləğinə təsir göstərir ki, bu da artımlarla müşahidə olunmaqdadır. Son illərin statistikası göstərir ki, özəl sektorda əməkhaqqı artımı daha yüksəkdir. Bu, neft və maliyyə sektorunda daha çox müşahidə edilir. Nəzərə alaq ki, neft sektorunda hər zaman maaşlar yüksək olaraq qalmaqdadır. Eyni zamanda xidmət sektorunda da əməkhaqqının artırıldığını görürük. İxtisaslı kadrların maaşlarında da son illər xeyli artımlar müşahidə olunur".

Fərqli illərdə fərqli rəqəmlər
 

Deputatın qənaətincə, dövlət və özəl sektor arasında da əməkhaqqı artımlarında fərq nəzərə çarpır. Məsələn, 2024-cü ildə dövlət qulluqçularının əməkhaqqı iki faiz artıb. Amma ölkə üzrə ümumi əməkhaqqı 8.1 faiz artıb:


"Bu da ondan xəbər verir ki, ölkəmizdə ortaaylıq əməkhaqlarının yüksəlməsində özəl sektorun xüsusi rolu mövcuddur. Təbii ki, dövlət sektorunda da əməkhaqlarının mütəmadi olaraq artdığını müşahidə edirik. Xüsusən də sosial paketlər reallaşan zaman dövlət sektorunda çalışan vətəndaşlarımızın əməkhaqqında daha çox artımlar baş verir. Fərqli illərdə fərqli rəqəmlər mövcuddur. Amma ümumilikdə artıq özəl sektorun, xüsusən də əmək müqavilələrində, həmçinin məşğulluqda idarəçiyə çevrildiyini görürük".

Kişilər daha çox qazanır
 

V.Bayramovun fikrincə, kişilər və qadınlar arasında əməkhaqqı fərqi hələ də qalmaqdadır:


"Bu gün qadınlar kişilərin əməkhaqqının təxminən altmış faizi həcmində məvacib alırlar. Səbəblərdən biri ağır işlərdə kişilərin fəaliyyət göstərməsidir. Bu kimi fəaliyyətlərdə ağırlıq daha çox kişilərin üzərinə düşdüyündən onların əməkhaqqı qadınlara nisbətən yüksəkdir. Məsələn, neft sektorunu qeyd edə bilərik. Orada daha çox kişilər çalışır. Bu da özü-özlüyündə əməkhaqqı fonduna təsir göstərir. Amma kişilər və qadınlar arasında əməkhaqqı fərqinin azaldılması prioritet olaraq qalmaqdadır".

Dövlətin müdaxilə imkanı minimumdur
 

Millət vəkili bildirib ki, beşinci sosial paketin istiqamətlərindən biri minimum əməkhaqqının artırılması idi:


"Onun artırılması həm dövlət, həm də özəl sektoru əhatə etdi. Bu da nisbətən az əməkhaqqı alan vətəndaşlar üçün bir stimuldur. Özəl sektor da minimum əməkhaqqı ilə bağlı tələblərə əməl edir. Amma dövlətin özəl sektorla bağlı müəyyənləşdirdiyi meyar sadəcə minimum əməkhaqqıdır. Yəni qanunvericilikdə əməyin minimum dəyəri müəyyən edilir. Minimum əməkhaqqından artıq hansı məbləğdə maaşın təklif olunması birbaşa özəl sektorda işəgötürən və işçi arasında bağlanan müqavilə ilə tənzimlənir".

"Dövlət sektoru özəl sektordan heç də geriyə qalmır"
 

Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov isə düşünür ki, artımlar təkcə özəl sektorda deyil, həmçinin dövlət sektorunda da müşahidə edilir:


"Maaş artımı daha çox neft-qaz, maliyyə, mühəndislik kimi sahələrdə müşahidə edilir. Dövlət sektoru və özəl sektor arasında maaş artımı baxımından fərqlər bu şəkildədir. Bir neçə il öncə dövlət sektorunda özəl sektora nisbətən maaşlar ciddi şəkildə aşağı idi. Son bir neçə ildə ölkəmizdə bu sahədə islahatlar aparılıb. Həmin islahatların nəticəsidir ki, hazırda dövlət sektorunda da maaşlar özəl sektordan heç də geriyə qalmır".

N.Xəlilovun sözlərinə görə, maaş artımı zamanı kişilərin üstün tutulub, qadınların daha az əməkhaqqı alması qadağandır:

"Sırf cinsə görə maaş artımı ola bilməz. Amma işçilər arasında peşəkarlıq xüsusiyyətləri fərqlidirsə, bu zaman maaşlar fərqli ola bilir".

"İş saatı çox, maaş isə azdır"
 

Ekspertin fikrincə, az əməkhaqqı olan sahələrdə də ortaaylıq əməkhaqqının artımından sonra artım müşahidə edilə bilər:


"Nəzərə alaq ki, böyük supermarketlər və digər bu kimi iş yerlərində maaş artımları aşağıdır. Kiçik sahibkarlıq subyektlərində çalışanların iş saatları müəyyən qədər çox, əməkhaqları isə azdır. Ümid edək ki, gələcəkdə maaş artımları nə vaxtsa bu sahələrə də ciddi şəkildə təsir göstərəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp Şotlandiyada qolf oynadı

Tramp Şotlandiyada qolf oynadı

Milli qəhrəman Natiq Qasımovun anası VƏFAT ETDİ

Milli qəhrəman Natiq Qasımovun anası VƏFAT ETDİ

Xərçəng müalicəsində yeni ÜSUL

Xərçəng müalicəsində yeni ÜSUL

Bakıya gələn iş adamını "qaraçılar" soydu

Bakıya gələn iş adamını "qaraçılar" soydu

İranda iki siyasi məhbus edam edildi

İranda iki siyasi məhbus edam edildi

Laçındakı çörək zavodundan REPORTAJ - VİDEO

Laçındakı çörək zavodundan REPORTAJ - VİDEO

Barselonada 1,5 milyona ev aldılar - FOTO

Barselonada 1,5 milyona ev aldılar - FOTO

Ukrayna dronları Putinin mətbuat katibi və köməkçisinin uçuşunu ləngitdi - VİDEO

Ukrayna dronları Putinin mətbuat katibi və köməkçisinin uçuşunu ləngitdi - VİDEO

“Karvan” daha bir futbolçu ilə müqavilə bağladı

“Karvan” daha bir futbolçu ilə müqavilə bağladı

Saç tökülməsinin inqilabi həlli: Dərman və ya saç əkimi tələb olunmur - FOTO

Saç tökülməsinin inqilabi həlli: Dərman və ya saç əkimi tələb olunmur - FOTO

Millimizin üzvü oynadı, komandası məğlub oldu

Millimizin üzvü oynadı, komandası məğlub oldu

Bu dron cəbhə xəttindən yaralı əsgərləri təxliyə edəcək

Bu dron cəbhə xəttindən yaralı əsgərləri təxliyə edəcək

"Yaşayan Nostradamus"dan yeni bədbin PROQNOZ

"Yaşayan Nostradamus"dan yeni bədbin PROQNOZ

Yapon qadınlarından ömür uzunluğuna görə yeni DÜNYA REKORDU

Yapon qadınlarından ömür uzunluğuna görə yeni DÜNYA REKORDU

Bakıda ortaaylıq əməkhaqqı artdı

Bakıda ortaaylıq əməkhaqqı artdı

Bu insanlara xəbərdarlıq: Sabah...

Bu insanlara xəbərdarlıq: Sabah...

Fransada meşə yanır - Əhali təxliyə edilir

Fransada meşə yanır - Əhali təxliyə edilir

MTK-larla provayderlər arasında QARŞIDURMA: Zəif internetin səbəbi AÇIQLANDI

MTK-larla provayderlər arasında QARŞIDURMA: Zəif internetin səbəbi AÇIQLANDI

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Arif Babayevin vəziyyəti açıqlandı

Arif Babayevin vəziyyəti açıqlandı

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

Masallıda da yanğın başladı - FOTO

Masallıda da yanğın başladı - FOTO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Yardımlıda möhtəşəm tapıntı: Daş qutu, küp və torpaq qəbir abidələri... - FOTO

Yardımlıda möhtəşəm tapıntı: Daş qutu, küp və torpaq qəbir abidələri... - FOTO

End of content

No more pages to load

RADİO