Fermerin məhsulu sahədə ÇÜRÜYÜR - Şəhərdə isə qiymət cib “yandırır”

Hazırda kənd təsərrüfatı məhsullarının ən bol və ucuz dönəmidir. Lakin yaxın aylarda qiymətlər yenidən “əl yandıracaq”. Çünki qıtlıq olacaq. Amma indi fermerlərin məhsulları sahələrdə qalıb. Xiyarın kisəsi 1 manata, soğanın kisəsi 5-6 manata satılır. Hələ meyvəni demirik. Çox ucuz olması səbəbi ilə fermerlər davamlı yığım aparmırlar və məhsul sahələrə tökülüb zay olur.

Bəs iri şəhərlərdə qiymətlərin gündə bir “hava çaldığı” zamanda kəndlərdə məhsullar niyə zay olub gedir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, belə acınacaqlı vəziyyətin yaranmasının müxtəlif səbəbləri var:
 

MÖVZU İLƏ BAĞLI:

Fermerlər məhsulu SATA bilmir, meyvə isə BAHALAŞIR – Problemin kökü nədir?


“Əsas səbəb odur ki, biz bazar münasibətlərini tam mənimsəməmişik. Baxın, liberal bazar iqtisadiyyatında belə bir şey yoxdur ki, əkən hökmən satmalıdır. Əkmək tamamilə başqa xidmətdir, satışını təşkil etmək tamamilə başqa fəlsəfədir.

Onun öz qaydaları var. Nəzərə alaq ki, ölkədə təxminən 1 milyon 300 min istehsalçı var. Amma onların heç də hamısı satıcı deyil. Ona görə də məhsullar bir qayda olaraq sahələrdə qalıb, zay olur. Planlı iqtisadiyyatdan imtina etdiyimiz üçün artıq dövlət tədarükçü simasında çıxış etmir. Bu funksiyanı “alverçi” deyilən zümrə həyata keçirir.
 

Lakin “alverçi”lərin də imkanı geniş deyil. Onlar qlobal bazara girə bilmir. Hazırda ölkəmizdə ticarət obyektləri əsasən iri şəbəkələrin əlində cəmləşib. Ticarət şəbəkələri də “alverçi”dən qabaqcadan depozit istəyir.


Bu depozitin həcmi kifayət qədər böyük olduğu üçün heç də hər kəs bu işə girişə bilmir. Küçə ticarəti də ləğv olunub. Yarmarkalar dayandırılıb. “Kolxoz” bazarları da ləğv olunub. Bu və digər səbəblərdən fermerlərin və “alverçilərin” böyük bazarlara çıxışı məhdudlaşıb”.

Nə etməli?

Müsahibimiz çıxış yolu kimi bunları söyləyib:


“Bu gün dövlət fermerə subsidiya veirir. Bu subsidiya da o qədər effekt vermir. Çünki subsidiyanın yalnız 25 faizini fermer nağdlaşdıra bilir. Qalan 75 faizə isə fermer ancaq xidmət satın ala bilər.

Məsələn, mineral gübrə, texnikanın icarəsi və sair. Bu xidməti almaq üçün bəzi fermer 40-50 kilometr yol qət etməli, növbəyə yazılmalı və sair. Bu qədər əziyyətə də hər fermer qatlaşa bilmir və ayrılan subsidiyanın taleyi qaranlıq qalır. Yaxşı olar ki, dövlət subsidiyanı ləğv etsin. Əvəzində fermerə dövriyyə vəsaiti versin.
 

Yaxud fermerin istehsal etdiyi məhsulu alsın. Axı, dövlətin əli uzundur. Dövlət istəsə fermerin məhsulunu alıb anbarlara vurar, sonrakı aylarda bazara çıxara bilər. Ya da ki, məhsul tədarük edilib xaricə ixrac edilər.


Hər iki variantın həlli üçün ölkəmizdə hüquqi və maliyyə əsasları var. Nəzərə alaq ki, Kənd Təsərrüfatı Nazirliyinin nəzdində Aqrar Tədarük və Təchizat ASC fəaliyyət göstərir. Bu qurumun imkanlarını bir qədər genişləndirməklə danışdığımız problemi asanlıqla həll etmək olar. Əks təqdirdə fermerlərin şikayətini hələ çox eşidəcəyik”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Manaf Ağayevin lüks villası - VİDEO

Manaf Ağayevin lüks villası - VİDEO

Abşeronda yol qəzası baş verib, ölən var

Abşeronda yol qəzası baş verib, ölən var

Ukrayna Stavropola hücum etdi

Ukrayna Stavropola hücum etdi

Skuterdən istifadə edənlərin nəzərinə -Kartınızdan pul çıxıla bilər - VİDEO

Skuterdən istifadə edənlərin nəzərinə -Kartınızdan pul çıxıla bilər - VİDEO

Yeni binalarda internet “tələsi” – Sakinlər sürətə HƏSRƏT qalıb

Yeni binalarda internet “tələsi” – Sakinlər sürətə HƏSRƏT qalıb

Rusiya-Azərbaycan sərhədi yaxınlığındakı dəmir yolu stansiyası bu ilədək tikiləcək

Rusiya-Azərbaycan sərhədi yaxınlığındakı dəmir yolu stansiyası bu ilədək tikiləcək

Bu qadınların sağlamlığı risk altındadır

Bu qadınların sağlamlığı risk altındadır

Kamçatkada güclü zəlzələ olub

Kamçatkada güclü zəlzələ olub

Kürdəmirdə şəhid anası vəfat edib

Kürdəmirdə şəhid anası vəfat edib

Gəncədə 67 yaşlı kişi dəm qazından boğularaq ölüb

Gəncədə 67 yaşlı kişi dəm qazından boğularaq ölüb

"Xaç atası"nın yaradıcısı avtomobilini satır

"Xaç atası"nın yaradıcısı avtomobilini satır

Bakı metrosunda ev heyvanları ilə səyahət – Hansı hallarda icazə var?

Bakı metrosunda ev heyvanları ilə səyahət – Hansı hallarda icazə var?

Corab satdığı görüntülərlə gündəmə gələn aktyor işlə təmin edildi - VİDEO

Corab satdığı görüntülərlə gündəmə gələn aktyor işlə təmin edildi - VİDEO

Qazaxda çətənə yetişdirən qadın saxlanılıb

Qazaxda çətənə yetişdirən qadın saxlanılıb

"Mançester Siti" yeni qapıçı aldı

"Mançester Siti" yeni qapıçı aldı

Sumqayıtda ağır qəzada üç nəfər YARALANDI

Sumqayıtda ağır qəzada üç nəfər YARALANDI

Maliyyə Nazirliyi növbəti depozit hərracı KEÇİRDİ

Maliyyə Nazirliyi növbəti depozit hərracı KEÇİRDİ

Saul Niqes yeni klubu ilə müqavilə bağladı

Saul Niqes yeni klubu ilə müqavilə bağladı

Bu çiçək depressiyanı MÜALİCƏ EDİR

Bu çiçək depressiyanı MÜALİCƏ EDİR

“Fənərbağça” “Mançester Siti”nin qapıçısı üçün danışıqlara BAŞLADI

“Fənərbağça” “Mançester Siti”nin qapıçısı üçün danışıqlara BAŞLADI

Bu görüntülərlə bağlı cinayət işi açıldı - VİDEO

Bu görüntülərlə bağlı cinayət işi açıldı - VİDEO

Goranboyda ildırım meşə ərazisində yanğına SƏBƏB OLDU

Goranboyda ildırım meşə ərazisində yanğına SƏBƏB OLDU

Nigar Camal qızı ilə… - VİDEO

Nigar Camal qızı ilə… - VİDEO

İrəvanda leysan yağışları daşqınlara SƏBƏB OLDU - VİDEO

İrəvanda leysan yağışları daşqınlara SƏBƏB OLDU - VİDEO

End of content

No more pages to load

RADİO