Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə (Xankəndi, Şuşa, Ağdam, Zəngilan, Cəbrayıl, Füzuli, Laçın və Qubadlı rayonları) 2025-ci ilin yanvar-iyun ayları ərzində 40 müəssisədə yoxlama keçirilib. Bunlardan 24-ü planlı, 16-sı plandankənar olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsi yayıb.
“Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tikinti şirkətlərinin yeməkxanalarında agentlik tərəfindən monitorinqlər həyata keçirilib, işçilərin qidalanması vəziyyəti qiymətləndirilib.
Pozuntuya yol vermiş müəssisə rəhbərlərinə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət olunması barədə icrası məcburi göstərişlər verilib və bu sahədə qanunvericiliyin tələbləri izah edilib.
Agentlik tərəfindən qida təhlükəsizliyini təmin etmək məqsədilə işğaldan azad olunmuş ərazilərdə yerli və beynəlxalq əhəmiyyətli tədbirlər zamanı kütləvi qidalanmanın təşkilinə nəzarətlə bağlı müvafiq tədbirlər həyata keçirilib”, - deyə məlumatda vurğulanıb.
Bizim.Media