Azərbaycanda müflis elan olunan fiziki və hüquqi şəxslərə YENİ TƏLƏB

Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (fərdi sahibkarlar) müflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətində bu barədə vergi orqanına məlumat verməli olacaqlar.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsinə və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.

Beləliklə barəsində iflas proseduru başlanılmış hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barədə məlumatların vergi ödəyicilərinin uçotu reyestrində uçotunun aparılması, hüquqi şəxslər barədə məlumatların isə hüquqi şəxslərin dövlət reyestrində qeydə alınması ilə bağlı məsələlər tənzimlənəcək, eləcə də iflas proseduruna məruz qalmış subyektlərin və digər şəxslərin hüquqlarının qorunması istiqamətində müsbət nəticələr əldə olunacaq.

İflas prosesində olma barədə vergi orqanına məlumatın verilməsi (hüquqi şəxslərə münasibətdə bu barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınması) iflas prosesində olan hüquqi və fiziki şəxsin fəaliyyətində şəffaflığın gücləndirilməsinə, risklərin düzgün idarə edilməsinə, eləcə də iflas prosesində olan şəxsin borclularının və kreditorlarının əmlak maraqlarının daha etibarlı qorunmasına xidmət edəcək.

Bundan başqa, Vergi Məcəlləsinə əsasən vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, eləcə də onun vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan digər məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, vergi ödəyicisi bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir.
 

Eyni zamanda "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna görə, hüquqi şəxslər təsis sənədlərinə edilən hər bir dəyişiklik barədə həmin dəyişikliyin baş verdiyi andan 40 gün müddətində qeydiyyat orqanına ərizə ilə müraciət etməlidirlər.


Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınır.

Hər iki halda müddətlər azaldılaraq 15 gün müəyyən olunub.

Müddətlərin optimallaşdırılması vergi ödəyicilərinin məlumatlarında baş verən dəyişikliklərin onların uçot məlumatlarında daha operativ şəkildə əks etdirilməsinə, son nəticədə həm vergi uçotu, həm də hüquqi şəxslərin reyestr məlumatlarının real vəziyyətə (dəyişikliklərə) daha sürətli şəkildə uyğunlaşdırılmasına imkan yaradır.

Hüquqi şəxslərə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi onların dövlət qeydiyyatına alındığı zaman verildiyindən və həmin andan onlar vergi uçotuna alınmış hesab olunduğundan dəyişiklik eyni zamanda vergi uçotu məlumatlarının da dəqiqliyinə xidmət etmiş olur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Günay Misir tətilindən GİLEYLƏNDİ - VİDEO

Günay Misir tətilindən GİLEYLƏNDİ - VİDEO

Bir rayonda QAZ OLMAYACAQ

Bir rayonda QAZ OLMAYACAQ

"Qarabağ" Dublindədir - FOTO

"Qarabağ" Dublindədir - FOTO

Şəbnəm qızı və oğlu ilə…. - VİDEO/EKSKLÜZİV

Şəbnəm qızı və oğlu ilə…. - VİDEO/EKSKLÜZİV

Bu ixtisasa tələbə qəbulu üçün qeydiyyat BAŞLANDI

Bu ixtisasa tələbə qəbulu üçün qeydiyyat BAŞLANDI

Gəncədə xəstəxanada YANĞIN: Canlı qüvvə cəlb OLUNDU

Gəncədə xəstəxanada YANĞIN: Canlı qüvvə cəlb OLUNDU

Zelenski İstanbul danışıqlarının gündəliyini AÇIQLADI

Zelenski İstanbul danışıqlarının gündəliyini AÇIQLADI

Milli Mətbuatımızın yaranmasından 150 il ÖTÜR

Milli Mətbuatımızın yaranmasından 150 il ÖTÜR

“Qalatasaray” Almaniya klubunun üzvü ilə danışıq aparır

“Qalatasaray” Almaniya klubunun üzvü ilə danışıq aparır

Cəlilabadda balıqların kütləvi ölümünün ilkin səbəbi AÇIQLANDI

Cəlilabadda balıqların kütləvi ölümünün ilkin səbəbi AÇIQLANDI

Ağdamda YANĞIN OLDU

Ağdamda YANĞIN OLDU

Kanada Ukraynaya 15 milyon dollar YARDIM AYIRDI

Kanada Ukraynaya 15 milyon dollar YARDIM AYIRDI

“Barselona”nın “Nou Kamp”a qayıdışı TƏXİRƏ SALINDI

“Barselona”nın “Nou Kamp”a qayıdışı TƏXİRƏ SALINDI

Şəbnəmdən sonra Aysunu da Gürcüstanda pul yağışına tutdular - VİDEO

Şəbnəmdən sonra Aysunu da Gürcüstanda pul yağışına tutdular - VİDEO

Hakan Fidan Əraqçi ilə Qəzza və Suriyadakı son vəziyyəti MÜZAKİRƏ ETDİ

Hakan Fidan Əraqçi ilə Qəzza və Suriyadakı son vəziyyəti MÜZAKİRƏ ETDİ

Novxanı çimərliyində növbəti bədbəxt hadisə

Novxanı çimərliyində növbəti bədbəxt hadisə

İnsan orqanizmində ən çox yağdan ibarət ORQAN

İnsan orqanizmində ən çox yağdan ibarət ORQAN

“Qalatasaray”ın sabiq futbolçusu Türkiyəyə QAYITDI

“Qalatasaray”ın sabiq futbolçusu Türkiyəyə QAYITDI

İzzət Bağırov buna görə çimərlikdən qorxur

İzzət Bağırov buna görə çimərlikdən qorxur

İstanbulda İranın nüvə proqramı ilə bağlı danışıqlar KEÇİRİLƏCƏK

İstanbulda İranın nüvə proqramı ilə bağlı danışıqlar KEÇİRİLƏCƏK

Ermənilərin təxribatları nəticəsində zərər çəkmiş şəxslər ifadə verdilər - MƏHKƏMƏ/FOTO

Ermənilərin təxribatları nəticəsində zərər çəkmiş şəxslər ifadə verdilər - MƏHKƏMƏ/FOTO

“Qəbələ” “Kəpəz”ə QALİB GƏLDİ

“Qəbələ” “Kəpəz”ə QALİB GƏLDİ

İranda daha bir zavodda güclü yanğın oldu - VİDEO

İranda daha bir zavodda güclü yanğın oldu - VİDEO

17 ildən sonra İLK DƏFƏ: ABŞ nüvə silahını Britaniyaya qaytardı

17 ildən sonra İLK DƏFƏ: ABŞ nüvə silahını Britaniyaya qaytardı

End of content

No more pages to load

RADİO