Azərbaycan İsveçdən qızıl almağa başlayıb – İLK DƏFƏ

Bu ilin yanvar-may aylarında Azərbaycan 23 ölkədən 2 milyard 940,2 milyon ABŞ dolları dəyərində 30 min 875 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər) idxal edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya report.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarda yer alıb.

Qeyd edilib ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 dəfə, kəmiyyət olaraq - 4 dəfə çoxdur.
 

Hesabat dövründə Azərbaycan Rusiyadan 439,3 milyon ABŞ dolları dəyərində 4 min 753 kiloqram (1 il əvvəl tədarük olmayıb), Avstraliyadan 354,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % az) 3 min 995 kiloqram (-33 %), Amerika Birləşmiş Ştatlarından 340,3 milyon ABŞ dolları dəyərində 3 min 345 kiloqram (1 il əvvəl tədarük olmayıb), Qazaxıstandan 262,2 milyon ABŞ dolları dəyərində 2 min 557 kiloqram (1 il əvvəl tədarük olmayıb), Böyük Britaniyadan 256,7 milyon ABŞ dolları dəyərində 2 min 771 kiloqram (1 il əvvəl tədarük olmayıb) qızıl alıb.


Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İsveçdən qızıl tədarükü (4,1 milyon ABŞ dolları dəyərində 38,2 kiloqram) həyata keçirilib.

2020-2023-cü illərdə Azərbaycana toplam olaraq xaricdən 98,3 milyon ABŞ dolları dəyərində 1 724 kiloqram eyni adda qızıl gətirildiyi halda, 2024-cü ildə 3,313 milyard ABŞ dolları dəyərində 41 min 78 kiloqram həmin məhsuldan idxal olunub.

Bu ilin ilk 5 ayında Azərbaycan ancaq İsveçrəyə qızıl satıb. Bu ölkəyə 121,3 milyon ABŞ dolları dəyərində 1 751 kiloqram qızıl tədarük olunub ki, bu da 1 il əvvəlki göstəricidən müvafiq olaraq 2,7 dəfə və 46 % çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ” Avstriya klubuna UDUZDU

“Qarabağ” Avstriya klubuna UDUZDU

“Beşiktaş”ın futbolçusu İspaniya klubuna keçə bilər

“Beşiktaş”ın futbolçusu İspaniya klubuna keçə bilər

Bakıda villa YANDI - VİDEO

Bakıda villa YANDI - VİDEO

Şahin Şıxlinskinin oğlu da Yekaterinburqda SAXLANILDI

Şahin Şıxlinskinin oğlu da Yekaterinburqda SAXLANILDI

Azərbaycan klubunun Çağırış Kubokundakı rəqibi BƏLLİ OLDU

Azərbaycan klubunun Çağırış Kubokundakı rəqibi BƏLLİ OLDU

Vitamin DEPOSU: Mürəbbə ilə bir neçə xəstəliyi müalicə edə bilərsiniz

Vitamin DEPOSU: Mürəbbə ilə bir neçə xəstəliyi müalicə edə bilərsiniz

Çinarə bahalı VİLLASINI GÖSTƏRDİ - VİDEO

Çinarə bahalı VİLLASINI GÖSTƏRDİ - VİDEO

Suriya İsrailin hücumlarını PİSLƏDİ

Suriya İsrailin hücumlarını PİSLƏDİ

Vaqif Poeziya Günlərinin tarixi DƏYİŞDİRİLDİ

Vaqif Poeziya Günlərinin tarixi DƏYİŞDİRİLDİ

“Zirə” Türkiyə klubuna QALİB GƏLDİ

“Zirə” Türkiyə klubuna QALİB GƏLDİ

Ata Abdullayevin Amerikalı arvadı Ombudsman Aparatında - FOTO

Ata Abdullayevin Amerikalı arvadı Ombudsman Aparatında - FOTO

Cəlilabaddakı yanğın MƏHDUDLAŞDIRILDI - VİDEO

Cəlilabaddakı yanğın MƏHDUDLAŞDIRILDI - VİDEO

MN-də NATO nümayəndə heyəti ilə görüş KEÇİRİLDİ - FOTO

MN-də NATO nümayəndə heyəti ilə görüş KEÇİRİLDİ - FOTO

Bu şəxslərin maaşı 2 min manata ÇATDI

Bu şəxslərin maaşı 2 min manata ÇATDI

“Neftçi” növbəti transferini AÇIQLADI

“Neftçi” növbəti transferini AÇIQLADI

Ermənistan Fransaya hərbi attaşe TƏYİN ETDİ

Ermənistan Fransaya hərbi attaşe TƏYİN ETDİ

İsrail texnikası Suriyaya DAXİL OLDU

İsrail texnikası Suriyaya DAXİL OLDU

Komediya aktyorlarını "cılız" adlandırdı - VİDEO

Komediya aktyorlarını "cılız" adlandırdı - VİDEO

Aİ Moldova müxalifətinin "Qələbə" blokunu “qara siyahıya” SALDI

Aİ Moldova müxalifətinin "Qələbə" blokunu “qara siyahıya” SALDI

Sürət həddini aşan, təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olundu - FOTO/VİDEO

Sürət həddini aşan, təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olundu - FOTO/VİDEO

Pul çay kimi AXACAQ: Bu həftə gözlənilməz qazanc əldə edəcək bürclər

Pul çay kimi AXACAQ: Bu həftə gözlənilməz qazanc əldə edəcək bürclər

"Everton" qapıçı transferini GERÇƏKLƏŞDİRDİ

"Everton" qapıçı transferini GERÇƏKLƏŞDİRDİ

Cəlilabaddakı yanğının söndürülməsinə 2 helikopter CƏLB EDİLDİ - VİDEO

Cəlilabaddakı yanğının söndürülməsinə 2 helikopter CƏLB EDİLDİ - VİDEO

Gürcüstan Rusiyanın deportasiya etdiyi ukraynalıları ölkəyə BURAXMIR

Gürcüstan Rusiyanın deportasiya etdiyi ukraynalıları ölkəyə BURAXMIR

End of content

No more pages to load

RADİO