Azərbaycanda jurnalistlərin sosial rifahının yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən müxtəlif dəstək mexanizmləri, o cümlədən güzəştli ipoteka proqramı tətbiq olunur. Lakin bu mexanizmdən faydalana bilən media nümayəndələrinin sayı olduqca azdır.
Sözügedən məsələ ilə bağlı İpoteka və Kredit Zəmanət Fonduna sorğu ünvanladıq.
Bizim.Media-nın sorğusuna cavab olaraq Fonddan bildirilib ki, son illər ərzində cəmi 8 jurnalist güzəştli şərtlərlə ipoteka krediti alaraq ev sahibi olub:
MÖVZU İLƏ BAĞLI:
Bu il verilmiş ipoteka kreditlərinin orta məbləği AÇIQLANDI
“Onlardan 3-ü 2025-ci ildə, 5-i isə əvvəlki illərdə mənzilə sahib olub”, - deyə bildirilib.
Qeyd edək ki, bu proqram çərçivəsində jurnalistlər dövlət tərəfindən müəyyən edilmiş güzəştlərlə ipoteka krediti əldə edə bilsələr də, müraciət edənlərin sayı ilə müqayisədə bu imkandan yararlananların nisbəti çox aşağıdır.
Aygün Hüseyn, Bizim.Media