Çinin Sian Limanında ilk dəfə ADY-nin nümayəndəsi təyin edildi və konteyner meydançası açıldı – FOTO

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə Çinin “Xi'an Free Trade Port Construction and Operation Co., Ltd.” şirkəti (Sian Limanı) arasında Anlaşma Memorandumu imzalanıb.


ADY nümayəndə heyətinin Çinə işgüzar səfəri çərçivəsində imzalanmış sənədə əsasən, ADY-nin Sian Limanında nümayəndəsi təyin edilib və konteyner meydançası açılıb.

Tərəflər bu sənədlə dəmir yolu nəqliyyatı və tranzit sahəsində, eləcə də rəqəmsal layihələrin icrası istiqamətində yeni əməkdaşlıq istiqamətlərini müəyyən ediblər.

ADY sədri Rövşən Rüstəmov Sian şəhərinin meri Ye Niu Pin və Sian Limanının rəsmiləri ilə görüşdə Azərbaycan və Çin arasında tranzit daşımaları və Orta Dəhlizin inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsinin artıq günün tələbinə çevrildiyini, Prezident İlham Əliyevin bu ilin aprelində Çinə səfərinin və bu səfər çərçivəsində hərtərəfli strateji əlaqələrin inkişafı üçün imzalanmış birgə sənədin “Kəmər və Yol Təşəbbüsü” çərçivəsində birgə fəaliyyətə mühüm töhfə verdiyini qeyd edib.


ADY sədri son dövrdə Azərbaycan Dəmir Yolları və Sian Limanının rəhbərlikləri arasında baş tutmuş görüşləri xatırladaraq danışıqların artıq nəticə verdiyini və ortaq təşəbbüslərin icrasına başlanıldığını bildirib.


Rövşən Rüstəmov Anlaşma Memorandumunun imzalanmasını, bu sənəd çərçivəsində Sian Limanında ADY nümayəndəsinin təyin edilməsini və illik yükaşırma gücü 20 000 TEU olan konteyner meydançasının açılmasını, ADY nümayəndələrinin sürətli məlumat mübadiləsi üçün Sian Limanının əməliyyat sisteminə girişlə təmin edilməsini Orta Dəhlizin imkanlarının genişləndirilməsi və bu dəhlizlə yük axınlarının artırılması üzrə əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm addım adlandırıb.


ADY sədri həmçinin çinli tərəfdaşlara Bakı Beynəlxalq Dəniz Limanı barədə geniş məlumat verib. Qeyd olunub ki, Asiya və Avropa arasında yük axınının təmin edilməsində mühüm rol oynayan Bakı Beynəlxalq Dəniz Limanı bu yaxınlarda rəsmi olaraq ADY-nin strukturuna inteqrasiya edib və bu addım liman-dəmiryol əməliyyatlarının daha səmərəli koordinasiyasına, kompleks və optimallaşdırılmış logistika xidmətləri təqdim etməyə imkan verir.

“Xi'an Free Trade Port Construction and Operation Co., Ltd.” şirkətinin baş direktoru Yuan Syaodzyun ADY-nin Sian Limanında nümayəndəsinin təyini və konteyner meydançasının yaradılmasına dəstəyini ifadə edib. Bildirib ki, Siana təyin edilən ADY nümayəndəsi və konteyner meydançası əməkdaşlığın gücləndirilməsini, yük daşımalarının daha sürətli və səmərəli təşkili üçün operativ müzakirələrin aparılmasını, müvafiq addımların atılmasını təmin edəcək.


Eyni zamanda, ADY və “Xi'an Free Trade Port Construction and Operation Co., Ltd.” şirkəti Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə konteyner qatarlarının təşkili, Orta Dəhliz boyunca dəmir yolları, limanlar və Xəzər dənizi üzərindən daşımaların keçid qabiliyyətinin artırılması, Bakı–Tbilisi–Qars dəmir yolu xətti vasitəsilə Türkiyə və Avropaya çıxış imkanlarının genişləndirilməsi, data əsaslı hərəkət qrafikinin hazırlanması ilə əlavə yük axınının cəlb edilməsi üzrə əməkdaşlığın genişləndirilməsi üçün ortaq fəaliyyət istiqamətlərini təsdiqləyiblər.

Həmçinin tərəflər rəqəmsallaşma sahəsində daha geniş əməkdaşlıq məqsədilə real vaxt rejimində yük daşımalarının izlənməsi və məlumatların elektron mübadiləsi sisteminin yaradılması istiqamətində birgə işləməyə razılaşıblar.


ADY-nin beynəlxalq əlaqələrini, xüsusilə Çinin Sian Limanı ilə mövcud əməkdaşlığını daha da genişləndirəcək bu mühüm sənəd Azərbaycanla Çin arasında dəmir yolu sahəsində iş birliyinin güclənməsinə və Orta Dəhliz üzrə daşımaların səmərəliliyinin artırılmasına töhfə verəcək.


Qeyd edək ki, 2024-cü ilin mart ayında Orta Dəhlizlə Sian Limanından birinci konteyner blok-qatarı yola salınıb. İlk qatar Bakıyadək məsafəni 11 günə qət edib. Ötən ilin noyabrında isə Azərbaycandan Çinin Sian Limanına ilk ixrac blok-qatarı ilə 62 ədəd 40 futluq konteyner yola salınıb. Hazırda ayda iki blok-qatar Bakıdan Siana göndərilir. Nəticə etibarilə yerli sahibkarlar üçün yüklərini birbaşa Çin bazarına çıxarmaq imkanı yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyəli general Azərbaycana GƏLDİ

Türkiyəli general Azərbaycana GƏLDİ

Prezidentdən Dövlət Neft Fondu ilə bağlı SƏRƏNCAM

Prezidentdən Dövlət Neft Fondu ilə bağlı SƏRƏNCAM

Bakı Beynəlxalq Dəniz Limanında əməliyyat-taktiki təlim keçirilib - FOTO

Bakı Beynəlxalq Dəniz Limanında əməliyyat-taktiki təlim keçirilib - FOTO

Danışıqlar prosesində YENİ MƏRHƏLƏ – Əbu-Dabi görüşü nələrlə YADDA QALDI?

Danışıqlar prosesində YENİ MƏRHƏLƏ – Əbu-Dabi görüşü nələrlə YADDA QALDI?

Prezident ötən ilin dövlət büdcəsinin icrasını TƏSDİQLƏDİ

Prezident ötən ilin dövlət büdcəsinin icrasını TƏSDİQLƏDİ

"Danone" LƏĞV OLUNUR

"Danone" LƏĞV OLUNUR

Göyçayda ev yanaraq kül oldu – FOTO/VİDEO

Göyçayda ev yanaraq kül oldu – FOTO/VİDEO

Türkiyə üçün tarixi gün: PKK-çılar silahlarını ocağa atdı - FOTO/VİDEO

Türkiyə üçün tarixi gün: PKK-çılar silahlarını ocağa atdı - FOTO/VİDEO

Bu şəxslərin maaşı 1095 manat oldu – RƏSMİ

Bu şəxslərin maaşı 1095 manat oldu – RƏSMİ

"5 dəqiqəyə 10 min manat qazanıram"

"5 dəqiqəyə 10 min manat qazanıram"

Əhaliyə ŞAD XƏBƏR – Sosial yardımlar artacaq

Əhaliyə ŞAD XƏBƏR – Sosial yardımlar artacaq

Lavrov: Bu, açıq-aşkar ikiüzlülükdür!

Lavrov: Bu, açıq-aşkar ikiüzlülükdür!

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Köhnə avtobusların xətdən çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Köhnə avtobusların xətdən çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA

SON DƏQİQƏ! Liseylərə qəbul imtahanının nəticələri AÇIQLANDI

SON DƏQİQƏ! Liseylərə qəbul imtahanının nəticələri AÇIQLANDI

Düyü ilə bu məhsulları yeməyin

Düyü ilə bu məhsulları yeməyin

İş axtaranların NƏZƏRİNƏ! – FOTO

İş axtaranların NƏZƏRİNƏ! – FOTO

Türkiyənin 3 klubu “Səbail”in futbolçusu ilə MARAQLANIR

Türkiyənin 3 klubu “Səbail”in futbolçusu ilə MARAQLANIR

Miqrasiya Xidməti işçilərinin geyim forması belə olacaq – FƏRMAN

Miqrasiya Xidməti işçilərinin geyim forması belə olacaq – FƏRMAN

Güzəştli ipoteka ilə neçə jurnalist ev sahibi olub? - ÖZƏL/RƏSMİ

Güzəştli ipoteka ilə neçə jurnalist ev sahibi olub? - ÖZƏL/RƏSMİ

Tibb fəaliyyəti ilə məşğul olan şəxslərlə bağlı YENİLİK

Tibb fəaliyyəti ilə məşğul olan şəxslərlə bağlı YENİLİK

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

Bağçalara qəbul BAŞLAYIR – BU TARİXDƏN

Bağçalara qəbul BAŞLAYIR – BU TARİXDƏN

Sertifikasiya imtahanından kəsilən həkimlərin NƏZƏRİNƏ!

Sertifikasiya imtahanından kəsilən həkimlərin NƏZƏRİNƏ!

End of content

No more pages to load

RADİO