Bu kredit təşkilatları çökür – Borca girməyin!

“Zərər təkcə Bank olmayan kredit təşkilatlarında (BOKT) deyil, bir sıra banklarda da var. Əslində, bu kimi halların olması gözlənilən idi. Dünyada baş verən geosiyasi proseslər ölkəmizlə birbaşa əlaqəli olmasa da, Azərbaycan iqtisadiyyatından da yan keçmir. İqtisadiyyatın müəyyən sahələrində durğunluq yaranır və passiv gəliri olmayan vətəndaşlara kreditin götürülməsi məsləhət görülmür”.

Bizim.Media xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib.

O, qeyd edib ki, BOKT və banklardakı hazırkı zərər geri qaytarılmayan kredit və ya ödənilən kreditlərin gecikdirilməsi ilə bağlıdır:

“Hazırkı BOKT və banklardakı zərər geri qaytarılmayan kredit və ya ödənilən kreditlərin gecikdirilməsi ilə bağlıdır. Çünki passiv gəlir əksər vətəndaşlarda yoxdur, kənd təsərrüfatı iqlim və geosiyasi səbəbdən ixracatın azalmasından dolayı zəifləyib.

Pul kütləsinin dövr etmə sürətində azalma var onun üçün də bu kimi hallar artıb. 1 iyun tarixindən etibarən də kredit faizləri yüksəldi və bu ötən illə muqayisədə 3,50% dən çox artım deməkdir. Bank olmayan kredit təşkilatlarının sıradan çıxmasına qaldıqda isə qısa perspektiv üçün görsənmir”.

Ekspert vurğulayıb ki, bankların faizləri yüksəltməsi BOKT-lara müraciətləri daha da artırır:

“Yuxarıda qeyd etdiyim kimi banklar kredit faizini yüksəldib. Vətəndaşların üz tutacağı BOKT və ya lombarddır. Müəyyən şəxslər var ki, bank ona kredit vermir. Rəsmi gəliri yoxdur və ya adı gecikməyə düşüb. Onun üçün də bu şəxslər BOKT-a müraciət edir. Borc ödənmədikdə də faiz yığılır məhkəməyə müraciət edilir. Bütün xərclər qarşı tərəfə ödənməklə, əmlakı satışa çıxarılır və ya ölkədən çıxışa qadağa qoyulur.
 

Bu kimi hallar olsa da, hazırda BOKT-lara yüksək tələbat var. Sonda vətəndaşlara tövsiyə edirəm ki, sağlamlıq problemləri xaric kredit və borclardan maksimum dərəcədə kənar olsunlar. İqtisadi durğunluq ölkəmizlə əlaqəli deyil geosiyasi xarakter daşıyır, statistik rəqəmlərə əsasən xaricdən göndərilən pul köçürmələrində də azalma var”.


Qeyd edək ki, açıqlanan son hesabatlara əsasən, aşağıdakı BOKT-lar ötən ili zərərlə başa vurub:

- Finoko

- Para BOKT

- BOKT İDK

- Birkart BOKT

- Nova Credit

- AzFinans

- Azəri Star Mikromaliyyə

- AzİnvestKredit

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hərracda 16 nəqliyyat vasitəsi satılıb

Hərracda 16 nəqliyyat vasitəsi satılıb

“Sabah” Sloveniya Avropa Liqası oyununa hazırlaşır

“Sabah” Sloveniya Avropa Liqası oyununa hazırlaşır

Litri 20 manatdır - Xərçəngi məhv edir

Litri 20 manatdır - Xərçəngi məhv edir

“Qarabağ”ın legioneri hansı klubdan təklif alıb?

“Qarabağ”ın legioneri hansı klubdan təklif alıb?

Xoşqədəmdən İDDİALI AÇIQLAMA: “Mənim qızım göbəyiaçıq geyinə bilməz” - VİDEO

Xoşqədəmdən İDDİALI AÇIQLAMA: “Mənim qızım göbəyiaçıq geyinə bilməz” - VİDEO

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

Röya Ayxan stüardessanın bacısına əlil arabası aldı - VİDEO

Röya Ayxan stüardessanın bacısına əlil arabası aldı - VİDEO

Ayın 10-u bu bürcün həyatı DƏYİŞƏCƏK

Ayın 10-u bu bürcün həyatı DƏYİŞƏCƏK

ABŞ yenidən Ukraynaya silah və hərbi texnika VERƏCƏK

ABŞ yenidən Ukraynaya silah və hərbi texnika VERƏCƏK

Gimnastlarımız Portuqaliyada qızıl medal QAZANDILAR

Gimnastlarımız Portuqaliyada qızıl medal QAZANDILAR

Bu kredit təşkilatları çökür – Borca girməyin!

Bu kredit təşkilatları çökür – Borca girməyin!

Rəqsanə boşanma iddialarını YALANLADI: “Kişini zorla tapmışam, qoymaram…” - VİDEO

Rəqsanə boşanma iddialarını YALANLADI: “Kişini zorla tapmışam, qoymaram…” - VİDEO

Tramp: “BRİKS ölkələri ABŞ-yə 10% rüsum ödəməlidirlər”

Tramp: “BRİKS ölkələri ABŞ-yə 10% rüsum ödəməlidirlər”

Mərkəzdən kənarda aylığı 1400 manata olan kirayə mənzillər... - Qiymətlər niyə bahadır? - VİDEO

Mərkəzdən kənarda aylığı 1400 manata olan kirayə mənzillər... - Qiymətlər niyə bahadır? - VİDEO

“Liverpul” “Napoli”nin təklifini RƏDD ETDİ

“Liverpul” “Napoli”nin təklifini RƏDD ETDİ

Azərbaycanlı sənətçi insult KEÇİRDİ - FOTO

Azərbaycanlı sənətçi insult KEÇİRDİ - FOTO

Meşə yanğınları Fransanı da cənginə aldı - ANBAAN VİDEO

Meşə yanğınları Fransanı da cənginə aldı - ANBAAN VİDEO

Zelenski Çinin 5 şirkətini “qara siyahıya” SALDI

Zelenski Çinin 5 şirkətini “qara siyahıya” SALDI

Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var

Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var

Ceyhun Bayramov və pakistanlı həmkarı arasında telefon danışığı BAŞ TUTUB

Ceyhun Bayramov və pakistanlı həmkarı arasında telefon danışığı BAŞ TUTUB

RƏSMİ: “Şamaxı” braziliyalı futbolçu transfer etdi”

RƏSMİ: “Şamaxı” braziliyalı futbolçu transfer etdi”

Dövlət katibi: “Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edirik”

Dövlət katibi: “Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edirik”

Xoşbəxt evlilik üçün bürclərin İDEAL CÜTLÜKLƏRİ

Xoşbəxt evlilik üçün bürclərin İDEAL CÜTLÜKLƏRİ

Bərdədə kanaldan meyit TAPILDI

Bərdədə kanaldan meyit TAPILDI

End of content

No more pages to load

RADİO