“BRİKS ölkələri dollara təhlükə yaratdıqları üçün 10% rüsum ödəməlidirlər. Çünki BRİKS bizi zəiflətmək üçün yaradılıb”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən brifinq zamanı deyib.
“BRİKS dollarımıza zərbə vurmaq və onu qlobal standart valyuta statusundan çıxarmaq məqsədi ilə qurulub.
Əgər onlar bu oyunu oynamaq istəyirlərsə, buyursunlar. Amma mən də bu oyunu oynaya bilərəm”, – deyə Tramp bildirib.
Bizim.Media