Xaricdən məhsul gətirənlərin NƏZƏRİNƏ: Hansı qaydalar dəyişir?

Xaricdən şəxsi istifadə üçün mal gətirənlərə dair yeni qayda tətbiq olunacaq. Bu, Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişiklik fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi ilə bağlı yaranacaq gömrük ödənişləri ilə əlaqədardır. Maraqlıdır, yeni qaydalar nəyi dəyişəcək və hansı zərurətdən hazırlanıb?

Bizim.Media "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Vəsaitlərin hərəkətini izləmək
 

Millət vəkili Vüqar Bayramov "Kaspi"yə açıqlamasında bildirib ki, dəyişikliklərin əsas məqsədi ödənişlərdə şəffaflığı təmin etmək və vəsaitlərin hərəkətini izləməkdir:


"Söhbət, təbii ki, Dövlət Gömrük Komitəsinə və dövlət büdcəsinə yönəlik ödənişlərdən gedir. Prinsipcə, vəsaitin hansı mənbədən ödənilməsinin fiskal baxımdan ciddi fərqi olmaya bilər. Lakin şəffaflıq və çirkli pulların yuyulmasına qarşı mübarizə baxımından bu ödənişlərin birbaşa məsul və ya öhdəlik daşıyan şəxs tərəfindən həyata keçirilməsi olduqca vacibdir".

Çirkli pulların yuyulmasına qarşı mübarizədə effektiv alət
 

Millət vəkili vurğulayır ki, bu yanaşma Avropa İttifaqı da daxil olmaqla, bir sıra inkişaf etmiş ölkələrdə artıq tətbiq olunur:


"Yeni sistem ödəniş prosesini daha izlənilə bilən edir, şəffaflığı artırır və çirkli pulların yuyulmasına qarşı mübarizədə effektiv alətə çevrilir. Vətəndaşlar üçün bu, sadəcə texniki yenilik deyil - həmçinin fiskal intizamın güclənməsi, dövlət gəlirlərinin şəffaf şəkildə idarə olunması və ümumilikdə daha sağlam maliyyə mühitinin formalaşması baxımından mühüm addımdır".

Limitlər ödənilmədiyi halda yaranan məsuliyyət
 

İqtisadçı-ekspert Asif İbrahimov deyir ki, qanuna təklif olunan dəyişiklik limitlər ödənilmədiyi halda yaranan məsuliyyət məsələlərini tənzimləməyi nəzərdə tutur:


"Bu məsələ fiziki şəxslərin şəxsi istifadə üçün, yəni kommersiya məqsədilə gətirmədiyi mallara şamil olunur. Bildiyiniz kimi, daha əvvəl bu istiqamətdə müəyyən limitlər təyin olunmuşdu. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, həmin limit çərçivəsində mallar gömrük rüsumundan azad edilirdi. Hazırda isə qanuna təklif olunan dəyişiklik həmin limitlər ödənilmədiyi halda yaranan məsuliyyət məsələlərini tənzimləməyi nəzərdə tutur. Yəni bu halda fiziki şəxs zəmanət təqdim etməli, bank təminatı göstərməli və digər mexanizmlərlə öhdəliklərini təsdiqləməlidir. Bu yanaşma beynəlxalq təcrübəyə uyğunlaşdırılmış addım kimi qiymətləndirilə bilər və dünyanın bir çox ölkəsində tətbiq olunur".

Bəs hüquqi tərəfdən bu dəyişiklik vətəndaşda hansı öhdəlikləri yaradır?

Ölkəyə gətirilən mallara münasibətdə yeni hüquqi rejim

"Nota Bene Consulting" MMC-nin direktoru, vəkil Roman Qaraşov deyir ki, sözügedən dəyişikliklər, əslində, gömrük borcunun ödənilməsi və ya onun təmin edilməsi mexanizminin institusional şəkildə yenidən tənzimlənməsinə yönəlib. Bu isə gömrük öhdəliklərinin yerinə yetirilməsində həm fiskal tələblərin, həm də fiziki şəxslərin hüquqlarının balanslaşdırılması cəhdidir: "Gömrük Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, şəxsi istifadə üçün mal gətirən fiziki şəxslər gömrük borcunu ya birbaşa ödəməklə, ya da Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulmuş alternativ təminat alətləri vasitəsilə yerinə yetirə bilərlər.

Bu təminat formalarına girov, bank zəmanəti, gömrük orqanının depozit hesabına ödəniş, sığorta müqaviləsi, üçüncü şəxsin zaminliyi, avans ödənişi daxildir. Bu alətlər, əslində, ümumdünya gömrük hüququnda tanınan təminat mexanizmləridir və Avropa İttifaqının Gömrük Məcəlləsi, Ümumdünya Gömrük Təşkilatının Kioto Konvensiyası və digər beynəlxalq hüquqi sənədlərdə də geniş tətbiq olunur".
 

Vəkil bildirir ki, vətəndaşların gömrük qərarlarından narazı qaldıqda istifadə edə biləcəyi müdafiə vasitələri inzibati və məhkəmə qaydasında tənzimlənir:


"İnzibati müstəvidə gömrük qərarından narazı qalan şəxs həmin qərarı yuxarı gömrük orqanında şikayət edə bilər. Məhkəmə müstəvisində isə həmin qərar inzibati məhkəməyə təqdim olunaraq hüquqi mübahisənin məhkəmə nəzarəti qaydasında baxılması ilə mümkündür".

Fiziki şəxsin hüquqları necə qorunur?
 

"Gömrük orqanlarının malları saxlaması halında fiziki şəxsin hüquqları necə qorunur" sualına gəldikdə isə, vəkil bildirir ki, fiziki şəxslərin hüquqları bir neçə əsas prinsip əsasında qorunmalıdır:


"Mülkiyyət toxunulmazlığı - Konstitusiya və AİHM-in 1 saylı Protokolu, mübahisəyə dair məlumatlandırma hüququ, təqsirsizlik prezumpsiyası və mütənasiblik prinsipi ilə qorunur. Müdaxilə yalnız hüquqi əsas olduqda və zəruri hallarda tətbiq oluna bilər. İkincisi, saxlanılan malların təhlükəsizliyi və geri qaytarılması ilə bağlı məsuliyyətdir. Gömrük orqanı saxlanılan mallara görə məsuliyyət daşıyır. Əgər malların saxlanması əsassız və ya prosedur qaydalarına zidd həyata keçirilibsə, fiziki şəxs kompensasiya tələbi ilə mülki iddia qaldıra bilər".

Vətəndaşlar üçün maliyyə çevikliyi
 

Dəyişikliyin müsbət tərəflərindən danışan həmsöhbətimiz vurğulayır ki, yeni qaydalar gömrük öhdəliklərinin təmin olunmasında alternativ alətlərin tətbiqini mümkün edir və bu da vətəndaşlar üçün maliyyə çevikliyi yaradır:


"Eyni zamanda, ödənişlərin üçüncü şəxslər tərəfindən həyata keçirilməsi hüquqi plüralizmə şərait yaradır və sosial dəstək sisteminin hüquqi təzahürü kimi çıxış edir. Bundan əlavə, gömrük idarələrinin fəaliyyətində risk əsaslı yanaşmanın tətbiqi sayəsində vətəndaşlara qarşı əsassız nəzarət və müdaxilələrin qarşısı alınır. Bu isə həm şəffaflığın artırılmasına, həm də vətəndaş məmnuniyyətinin yüksəlməsinə xidmət edir".

Əlçatanlıq problemi, sui-istifadə riski
 

Mənfi nəticələrə toxunan R.Qaraşov qeyd edir ki, təminat mexanizmlərinin tətbiqində maliyyə resursları olmayan şəxslər üçün bu dəyişikliklər əlçatanlıq problemini yarada bilər:


"Eyni zamanda prosedurların qeyri-müəyyənliyi və gömrük orqanlarına verilmiş geniş səlahiyyətlər sui-istifadə riskini artırır. Normativ mexanizmlərin tətbiqi zamanı insan hüquqlarının qorunmasına dair effektiv nəzarət mexanizmlərinin olmaması isə hüquqi ziddiyyətlərə səbəb ola bilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yayda bu əşyaları maşında saxlamayın - Partlaya bilər

Yayda bu əşyaları maşında saxlamayın - Partlaya bilər

Tramp fövqəladə vəziyyət elan etdi

Tramp fövqəladə vəziyyət elan etdi

Mahmut Orhan Sea Breeze-də çıxış etdi – FOTO

Mahmut Orhan Sea Breeze-də çıxış etdi – FOTO

Zakir Həsənovdan türkiyəli həmkarına BAŞSAĞLIĞI

Zakir Həsənovdan türkiyəli həmkarına BAŞSAĞLIĞI

Gündə bir qaşıq qəbul edin - Xərçəngdən qoruyur

Gündə bir qaşıq qəbul edin - Xərçəngdən qoruyur

"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisinin qalibi oldu

"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisinin qalibi oldu

Dəniz sahilində ACINACAQLI VƏZİYYƏT: Vətəndaşların sağlamlığı təhlükədə - VİDEO

Dəniz sahilində ACINACAQLI VƏZİYYƏT: Vətəndaşların sağlamlığı təhlükədə - VİDEO

Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...

Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...

Braziliyada BRICS Sammiti başladı

Braziliyada BRICS Sammiti başladı

Mələkxanım Eyubova nəvəsini belə təbrik etdi - VİDEO

Mələkxanım Eyubova nəvəsini belə təbrik etdi - VİDEO

Paşinyan arvadına görə məşhur qəzeti məhkəməyə verdi

Paşinyan arvadına görə məşhur qəzeti məhkəməyə verdi

Lənkəranda “SevilFest” sənədli film festivalı davam edir - FOTO

Lənkəranda “SevilFest” sənədli film festivalı davam edir - FOTO

Dağıstanın rəhbərindən Azərbaycan-Rusiya münasibətlərinə REAKSİYA

Dağıstanın rəhbərindən Azərbaycan-Rusiya münasibətlərinə REAKSİYA

Ucarda qəza: Xəsarət alanlar var

Ucarda qəza: Xəsarət alanlar var

Neymarın üç fərqli qadından dördüncü övladı dünyaya gəldi - FOTO

Neymarın üç fərqli qadından dördüncü övladı dünyaya gəldi - FOTO

Mask "Amerika" partiyasının qeydiyyatı üçün rəsmi müraciət etdi

Mask "Amerika" partiyasının qeydiyyatı üçün rəsmi müraciət etdi

Türkiyə ordusunun 5 əsgəri şəhid oldu - FOTO

Türkiyə ordusunun 5 əsgəri şəhid oldu - FOTO

Sumqayıtda 70 yaşlı qadın itkin düşdü

Sumqayıtda 70 yaşlı qadın itkin düşdü

Pakistan Milli Assambleyasının sədri Azərbaycana gəldi

Pakistan Milli Assambleyasının sədri Azərbaycana gəldi

Dəniz suyunun temperaturu belə olacaq

Dəniz suyunun temperaturu belə olacaq

Ukraynada partlayış: SOCAR-a məxsus YDM-yə ziyan dəydi - VİDEO

Ukraynada partlayış: SOCAR-a məxsus YDM-yə ziyan dəydi - VİDEO

“Turan Tovuz” portuqaliyalı hücumçu ilə danışıq aparır

“Turan Tovuz” portuqaliyalı hücumçu ilə danışıq aparır

Vəkil olmaq istəyən 196 nəfər uğur qazandı

Vəkil olmaq istəyən 196 nəfər uğur qazandı

Ağdam–Xankəndi dəmir yolu bu tarixdə istifadəyə veriləcək - FOTO

Ağdam–Xankəndi dəmir yolu bu tarixdə istifadəyə veriləcək - FOTO

End of content

No more pages to load

RADİO