Pensiyaçılarla bağlı vacib AÇIQLAMA

Əmək fəaliyyətini illərlə davam etdirib, nəhayət pensiyaya çıxan insanların həyatında yeni bir mərhələ başlayır. Lakin bu mərhələ Azərbaycanda bir çoxları üçün arzulanan istirahət dövrü yox, daha çox maddi sıxıntılarla müşayiət olunan çətinlik dövrünə çevrilir. Ölkədə insanların pensiyaya çıxmağa marağı yoxdur. Çünki aldıqları əməkhaqqı az, pensiya kapitalı isə yetərsizdir. O qeyd edir ki, Qərb ölkələrində insanlar təqaüdə çıxanda rahat yaşayırlar, bizdə isə pensiya alanların çoxu gündəlik xərclərini qarşılamaq üçün ya ailəsinə möhtac qalır, ya da əlavə iş axtarmağa məcbur olur.

Azərbaycanda dövlət büdcəsindən maliyyələşən şəxslər pensiya yaşına çatdıqda avtomatik olaraq işdən azad olunur. Amma bu şəxslərin aldıqları pensiya nə qədər dolanışığa yetərlidir? Ölkədə təqaüdçülər üçün hansı güzəştlər var? Kommunal xidmətlər, nəqliyyat, dərman təminatı sahəsində hər hansı endirimlər tətbiq edilirmi? Bu güzəştlər real ehtiyaclara cavab verir, yoxsa sadəcə formal xarakter daşıyır?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı "yenisabah.az"a açıqlama verən Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin İdarə Heyətinin sədri Səadət Bənənyarlı bildirib ki, bu gün sözügedən sahədə müəyyən işlərin görülməsinə ehtiyac var:
 

"Doğrudur, bir çoxları məlumatlı olmasa da, tibb sahəsində dərmanların verilməsi və həkim xidmətində o qədər də böyük problem yaşanmır. Amma yaşlı insanlarda cərrahiyyə və müalicə prosesləri daha baha başa gəlir. Sığorta varsa, heç də bunların hamısını təmin etmir. Toplanan pensiya kapitalından da istifadə etmək nəzərdə tutulmayıb.


İnsan pensiya yaşına çatırsa, həmin dövrə özünü hazırlamalıdır. Bütün hər şeyi dövlətin boynuna yıxmaq düzgün deyil. Qoca dövrümüzdə müəyyən ehtiyaclarımızı ödəmək haqqında əvvəlcədən düşünməliyik".

S.Bənənyarlı onu da vurğulayıb ki, təqaüdçülər müəyyən yerlərin ayrılması da nəzərdə tutula bilər:

"Ancaq sığınacaq olaraq yox, ən azından gündə bir dəfə nahar edib, müəyyən ehtiyaclarını qarşılasınlar. Təkcə yeməklə kifayətlənmək də insanı tamamlamır. Ömrü boyu işləyən insan birdən-birə evdə oturmağa məcbur olur. Bu zaman ya həmin insan özündə güc tapıb haradasa çalışmağa başlamalı, ya da müəyyən layihələr vasitəsilə insanların özünü göstərməsi üçün şərait yaradılmalıdır. Əgər səhhətləri imkan verirsə, günün müəyyən saatlarında uşaqlara dayəlik edə bilərlər. Bunu ailə üzvləri üçün də edirlər. Amma mən bunu doğru saymıram. Onlara bunun üçün ailələri müavinət ödəmir.

Bütün bu məsələləri aydınlaşdırıb yoluna qoymaq üçün müzakirələr aparılmalıdır. Bu təkcə bir nəfərdən sorğu alınmaq məsələsi deyil. Düşünülmüş proqram olmalıdır ki, belə insanlar özlərini həm maddi, həm də mənəvi cəhətdən təmin edə bilsinlər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistika sahəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİLƏR - FOTO

ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistika sahəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİLƏR - FOTO

"Diva" deyib, arxasınca qaçdılar - VİDEO

"Diva" deyib, arxasınca qaçdılar - VİDEO

Türkiyəli jurnalist SAXLANILDI

Türkiyəli jurnalist SAXLANILDI

Yol polisi bu küçədə monitorinq-təhlillər apardı, tədbirlər görüləcək - FOTO

Yol polisi bu küçədə monitorinq-təhlillər apardı, tədbirlər görüləcək - FOTO

Ərdoğan TOGG-un yeni modelinin sınaq sürüşünü etdi - FOTO/VİDEO

Ərdoğan TOGG-un yeni modelinin sınaq sürüşünü etdi - FOTO/VİDEO

"Qəbələ"dən növbəti transfer - RƏSMİ

"Qəbələ"dən növbəti transfer - RƏSMİ

Ulvira Qarayevaya VƏZİFƏ VERİLDİ

Ulvira Qarayevaya VƏZİFƏ VERİLDİ

Ucarda 81 gün komada qalaraq vəfat edən gənc Vətən müharibəsi iştirakçı imiş - FOTO

Ucarda 81 gün komada qalaraq vəfat edən gənc Vətən müharibəsi iştirakçı imiş - FOTO

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

Pul əlinizə ÖZÜ GƏLƏCƏK: İyulda varlanacaq bürclər

Pul əlinizə ÖZÜ GƏLƏCƏK: İyulda varlanacaq bürclər

Ərdoğan da BRİKS sammitinə GETMƏYƏCƏK

Ərdoğan da BRİKS sammitinə GETMƏYƏCƏK

Külli miqdarda vəsaiti ölkədən çıxaran şirkət CƏRİMƏLƏNDİ

Külli miqdarda vəsaiti ölkədən çıxaran şirkət CƏRİMƏLƏNDİ

Bu pəhriz aralıqlı orucdan daha EFFEKTİVDİR

Bu pəhriz aralıqlı orucdan daha EFFEKTİVDİR

Ulduz futbolçunun dəfnindən FOTOLAR

Ulduz futbolçunun dəfnindən FOTOLAR

ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni SAĞDIR - YENİLƏNİB/FOTO

ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni SAĞDIR - YENİLƏNİB/FOTO

Sırski XƏBƏRDARLIQ ETDİ: “Rusiya Xarkova yenə hücum edəcək”

Sırski XƏBƏRDARLIQ ETDİ: “Rusiya Xarkova yenə hücum edəcək”

Yekaterinburqda həbs edilən Bəkir Səfərova dərmanların təhvil verilməsinə İCAZƏ VERİLDİ

Yekaterinburqda həbs edilən Bəkir Səfərova dərmanların təhvil verilməsinə İCAZƏ VERİLDİ

“Qarabağ”ın sabahı İsveçdə

“Qarabağ”ın sabahı İsveçdə

"Mərdanın adını unutdum, ona görə elə dedim" - Cabbar Musayev

"Mərdanın adını unutdum, ona görə elə dedim" - Cabbar Musayev

"Saat 18:00-dan sonra uçuşlar qadağandır"

"Saat 18:00-dan sonra uçuşlar qadağandır"

"Çelsi" yeni transferini AÇIQLADI

"Çelsi" yeni transferini AÇIQLADI

Namiq Həsənovun vəzifəsi Tərlan Balışova HƏVALƏ OLUNDU

Namiq Həsənovun vəzifəsi Tərlan Balışova HƏVALƏ OLUNDU

TƏBİB-dən kater qəzasında xəsarət alanlarla bağlı MƏLUMAT

TƏBİB-dən kater qəzasında xəsarət alanlarla bağlı MƏLUMAT

Mahmud Əmirəliyev SAXLANILDI - FOTO

Mahmud Əmirəliyev SAXLANILDI - FOTO

End of content

No more pages to load

RADİO