Artıq bu gündən etibarən məktəbli formaları ucuzlaşıb. Məsələn, ətək və şalvarların qiyməti 20 manatdan 15 manata, jaketin qiyməti isə 30 manatdan 20 manata endirilib.
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı AZƏRTAC-a Bakı Tikiş Evinin Satış şöbəsinin müdiri Etibar Əzimov açıqlama verib.
Qeyd edilib ki, ümumilikdə qiymətlərdə 15-33 faiz arasında azalma müşahidə edilir.
Daha ətraflı videomaterialda:
Bizim.Media