1 dollar 2 manat olacaq? - AÇIQLAMA

“Bir neçə ay əvvəl Azərbaycan manatının mümkün devalvasiyası ilə bağlı proqnoz vermişdim. Hazırda ABŞ-ın nüfuzlu reytinq agentlikləri də eyni risklərə diqqət çəkir. Manatın ABŞ dollarına qarşı 1.98 – 2.05 intervalında dəyişə biləcəyi ehtimal olunur. Bu da ondan xəbər verir ki, ölkə iqtisadiyyatı artıq yeni bir qiymətləndirmə mərhələsinə daxil olub”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov “konkret.az”a açıqlamsında səsləndirib.

“Azərbaycan təxminən hər 10 ildən bir monetar siyasətinə yenidən baxmalı olur.

Belə vəziyyətlərdə iqtisadi risklərin qarşısını almaq məqsədilə devalvasiya qərarı gündəmə gələ bilər. Hazırda Mərkəzi Bank valyuta bazarına müdaxilə edərək manatın məzənnəsini süni şəkildə sabit saxlayır.

Digər tərəfdən, xarici ticarət balansında ötən ildən etibarən mənfi dinamika müşahidə olunur. Eyni zamanda, Mərkəzi Bankın valyuta ehtiyatlarında da azalma qeydə alınır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması da əlavə valyuta tələbi yaradır. Bu da ölkəyə daxil olan və çıxan valyuta axınları arasında balanssızlığa səbəb olur”.
 
İqtisadçı qeyd edir ki, neft qiymətləri də proqnozlara təsir göstərən əsas amillərdəndir.
 
“İyun ayının əvvəlində “Azəri Light” markalı neftin qiymətində müəyyən bahalaşma müşahidə olunsa da, son günlərdə yenidən ucuzlaşma tendensiyası başlayıb. Hazırda qiymət 76 ABŞ dolları civarındadır. Bu səviyyə ölkənin neft gəlirlərində azalma riski yaradır.
 
Azərbaycan hökumətinin büdcə planlamasında 3 fərqli, optimist, real və neqativ ssenari nəzərdə tutulub. Neft gəlirlərinin azalması neqativ ssenarinin reallaşması ehtimalını artırır. Yadda saxlamaq lazımdır ki, 2015-ci ildə baş verən devalvasiya zamanı neftin qiyməti 20-30 dollar arasında idi. Hazırkı qiymətlər daha yüksək olsa da, iqtisadi şərait fərqlidir və diqqətlə izlənilməlidir”.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağ səhrada nadir sərvət tapıldı: Çin və Rusiya onu tam istismar etmək istəyir

Ağ səhrada nadir sərvət tapıldı: Çin və Rusiya onu tam istismar etmək istəyir

Evlənsələr də, mütləq boşanacaqları gözlənilən 4 BÜRC

Evlənsələr də, mütləq boşanacaqları gözlənilən 4 BÜRC

Netanyahu bütün dünyanı belə aldadıb – Hücum əməliyyatının YENİ DETALLARI

Netanyahu bütün dünyanı belə aldadıb – Hücum əməliyyatının YENİ DETALLARI

70 yaşlı qadın “Porsche” ilə QƏZA TÖRƏTDİ - Əyləclə qazın yerini səhv salıbmış... – VİDEO

70 yaşlı qadın “Porsche” ilə QƏZA TÖRƏTDİ - Əyləclə qazın yerini səhv salıbmış... – VİDEO

Təyyarədən də yüksəkdə uça bilən QUŞ

Təyyarədən də yüksəkdə uça bilən QUŞ

“Karvan” daha iki futbolçu ilə yollarını AYIRDI

“Karvan” daha iki futbolçu ilə yollarını AYIRDI

Mənzillərlə bağlı görünməyən təhlükə – Diqqətli olun!

Mənzillərlə bağlı görünməyən təhlükə – Diqqətli olun!

“WhatsApp”a "bezdirici" yenilik gəldi - Hamıda görünəcək

“WhatsApp”a "bezdirici" yenilik gəldi - Hamıda görünəcək

Uşaq oturacağından istifadə etməyən sürücülərə XƏBƏRDARLIQ

Uşaq oturacağından istifadə etməyən sürücülərə XƏBƏRDARLIQ

Ermənistan xüsusi təyinatlıları kilsəni əliboş tərk etdilər – YENİLƏNİB/VİDEO

Ermənistan xüsusi təyinatlıları kilsəni əliboş tərk etdilər – YENİLƏNİB/VİDEO

ABŞ-nin birinci xanımı qeyri-qanuni miqrant elan edildi

ABŞ-nin birinci xanımı qeyri-qanuni miqrant elan edildi

Alimlərdən maraqlı kəşf: Yer kürəsində həyat spirtdən yaranıb

Alimlərdən maraqlı kəşf: Yer kürəsində həyat spirtdən yaranıb

Nazilə narkotik alverinə görə saxlanılan ailənin müdafiəsinə QALXDI - VİDEO

Nazilə narkotik alverinə görə saxlanılan ailənin müdafiəsinə QALXDI - VİDEO

"Nənələr" qrupunun məşhur üzvü VƏFAT ETDİ – FOTO

"Nənələr" qrupunun məşhur üzvü VƏFAT ETDİ – FOTO

İsrail indi də Livanı HƏDƏF ALDI – VİDEO

İsrail indi də Livanı HƏDƏF ALDI – VİDEO

Ukrayna yeni əməliyyatlara hazırlaşır – Umerov SİRLƏRİ AÇDI

Ukrayna yeni əməliyyatlara hazırlaşır – Umerov SİRLƏRİ AÇDI

Üç BÜRC nəhayət tənhalığa son qoyacaq - kim sevgi tapacaq?

Üç BÜRC nəhayət tənhalığa son qoyacaq - kim sevgi tapacaq?

Roza Zərgərli yeriyə bilmir – ŞOK VİDEO

Roza Zərgərli yeriyə bilmir – ŞOK VİDEO

Bakıda kişi lyuka düşdü: İki gündür tapılmır – VİDEO

Bakıda kişi lyuka düşdü: İki gündür tapılmır – VİDEO

Limonun qiyməti ətlə YARIŞIR – Kəskin bahalaşmanın səbəbi BƏLLİ OLDU

Limonun qiyməti ətlə YARIŞIR – Kəskin bahalaşmanın səbəbi BƏLLİ OLDU

Xarici turistin Xınalıqda paraşüt ŞOUSU – VİDEO

Xarici turistin Xınalıqda paraşüt ŞOUSU – VİDEO

Niderland millisi ilkə İMZA ATDI

Niderland millisi ilkə İMZA ATDI

Milyonluq toyun ilk günü – FOTOLAR

Milyonluq toyun ilk günü – FOTOLAR

Pəhriz saxlamadan da arıqlamaq mümkündür – BU YOLLA

Pəhriz saxlamadan da arıqlamaq mümkündür – BU YOLLA

End of content

No more pages to load

RADİO