Regional müharibə Azərbaycana təsirsiz ötüşmədi: Azalma baş verir

“Regional gərginliklər ölkəyə gələn turistlərin sayına mənfi təsir göstərir. Yay mövsümünün başlamasına baxmayaraq, bu il Azərbaycana gələn xarici turistlərin sayında azalma müşahidə olunur".  

Bizim.Media xəbər verir ki, bu fikirləri Bakı Turizm Peşəkarları Assosiasiyasının sədri Ceyhun Aşurov News24.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu tendensiya əsasən regionlarda  baş verən siyasi və hərbi gərginliklərlə bağlıdır: 

“Rusiya–Ukrayna müharibəsi, Pakistan–Hindistan arasında davam edən gərginlik, eləcə də İran–İsrail qarşıdurması turizm sahəsinə mənfi təsir göstərib və hazırda da göstərməkdədir.

Belə ki, mövcud vəziyyət beynəlxalq reyslərin ləğv olunmasına səbəb olub. Hava məkanının məhdudlaşdırılması nəticəsində bəzi körfəz ölkələrindən gələn turistlərin uçuş saatları uzanır ki, bu da onların səyahət qərarlarına mənfi təsir edir. Əvvəllər körfəz ölkələrindən Azərbaycana daha çox turist gəlirdisə, bu il həmin axında azalma müşahidə olunur” , – deyə o bildirib.

Ceyhun Aşurov qeyd edib ki, hazırda Azərbaycan alternativ bazarlara yönəlir:

“Türkiyə, Çin, Orta Asiya və Rusiya bazarlarından müəyyən aktivlik gözlənilir. Bu istiqamətlərdə qismən canlanma baş verə bilər. Lakin indiki qeyri-müəyyən şəraitə görə əvvəlcədən ayrılmış rezervasiyaların bir hissəsi ləğv edilib". 

Ekspert hesab edir ki, yaranmış vəziyyət yerli turistlərin də xaricə səfərlərinə təsir edə bilər:

“Amma ölkədaxili turizmin bu yay daha aktiv olacağı gözlənilir. Qiymətlərin artımı proqnozlaşdırılmır. Çünki pandemiyadan sonra daxili tələbatın artması yeni otel və kənd evlərinin bazara daxil olmasına səbəb olub. Bu da yerləşmə imkanlarını artıraraq rəqabəti gücləndirib". 

Ceyhun Aşurov sonda vurğulayıb ki, hazırkı geosiyasi vəziyyət ölkəyə gələn turist axınını zəiflətsə də, daxili turizmin inkişafı üçün mühüm şərait yaradır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“İmişli”nin yeni baş məşqçisi BƏLLİ OLDU

“İmişli”nin yeni baş məşqçisi BƏLLİ OLDU

Dünyada trendə çevrilən “Labubu”lar bağlı HƏYƏCAN TƏBİLİ – “Uşaqlardan uzaq TUTUN”

Dünyada trendə çevrilən “Labubu”lar bağlı HƏYƏCAN TƏBİLİ – “Uşaqlardan uzaq TUTUN”

Rusiyanın İrandakı səfirliyinin əməkdaşları Azərbaycana təxliyə olundu - FOTO

Rusiyanın İrandakı səfirliyinin əməkdaşları Azərbaycana təxliyə olundu - FOTO

Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?

Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?

Nihal Candanın keçmiş əri tənqidlərə ilk dəfə cavab verdi

Nihal Candanın keçmiş əri tənqidlərə ilk dəfə cavab verdi

Trampdan İsrailə ÇAĞIRIŞ: “Bombaları atmayın!” - FOTO/VİDEO

Trampdan İsrailə ÇAĞIRIŞ: “Bombaları atmayın!” - FOTO/VİDEO

Paşinyan: "Sünnət olunmadığımı sübut etməyə hazıram"

Paşinyan: "Sünnət olunmadığımı sübut etməyə hazıram"

Özünə bəysiz toy etmişdi, meyiti kolluqdan tapıldı – FOTO

Özünə bəysiz toy etmişdi, meyiti kolluqdan tapıldı – FOTO

Münaqişə yenidən ALOVLANIR... – Üçüncü Dünya Müharibəsi XƏBƏRDARLIĞI

Münaqişə yenidən ALOVLANIR... – Üçüncü Dünya Müharibəsi XƏBƏRDARLIĞI

Yay xoşbəxtliyi: Ulduzların unudulmaz anlar hazırladığı BÜRCLƏR

Yay xoşbəxtliyi: Ulduzların unudulmaz anlar hazırladığı BÜRCLƏR

Bakıda restoranda dava: Aşpaz müştərini döydü

Bakıda restoranda dava: Aşpaz müştərini döydü

Azərbaycan ilk dəfə BMT-nin bürosuna sədr seçildi

Azərbaycan ilk dəfə BMT-nin bürosuna sədr seçildi

Qabiliyyət imtahanında 10 bal toplayan abituriyent – “Özümdən əminəm”

Qabiliyyət imtahanında 10 bal toplayan abituriyent – “Özümdən əminəm”

Azərbaycanda yay tətilində istirahət etmək üçün bölgələr – İLK ONLUQ

Azərbaycanda yay tətilində istirahət etmək üçün bölgələr – İLK ONLUQ

Artıq USM zamanı körpənin cinsiyyəti DEYİLMƏYƏCƏK? – Rəsmi AÇIQLAMA

Artıq USM zamanı körpənin cinsiyyəti DEYİLMƏYƏCƏK? – Rəsmi AÇIQLAMA

70 abituriyent Xoreoqrafiya üzrə qabiliyyət imtahanı verib - FOTO

70 abituriyent Xoreoqrafiya üzrə qabiliyyət imtahanı verib - FOTO

Şahin Məmmədov yeni komandan təyin edildi

Şahin Məmmədov yeni komandan təyin edildi

Azərbaycanda 15 minə cib saatı satılır - FOTO

Azərbaycanda 15 minə cib saatı satılır - FOTO

Ələt-Astara yolunda avtomobil kanala düşdü -FOTO/VİDEO

Ələt-Astara yolunda avtomobil kanala düşdü -FOTO/VİDEO

Bakıda taksisinə minən qızlara nömrə verən 58 yaşlı kişi HƏBS OLUNDU

Bakıda taksisinə minən qızlara nömrə verən 58 yaşlı kişi HƏBS OLUNDU

Bakıda magistral yolda TƏHLÜKƏLİ ANLAR - Hərəkətdə olan maşının təkəri çıxdı – VİDEO

Bakıda magistral yolda TƏHLÜKƏLİ ANLAR - Hərəkətdə olan maşının təkəri çıxdı – VİDEO

“Neftçi” daha bir legionerə təklif GÖNDƏRDİ

“Neftçi” daha bir legionerə təklif GÖNDƏRDİ

İranın nüvə bazası, yoxsa kartof anbarı vurulub?! – SENSASİON DETALLAR

İranın nüvə bazası, yoxsa kartof anbarı vurulub?! – SENSASİON DETALLAR

Daha iki ölkə arasında gərginlik: Sərhədlər bağlandı

Daha iki ölkə arasında gərginlik: Sərhədlər bağlandı

End of content

No more pages to load

RADİO