Problemli kreditlərdən necə xilas ola bilərik?

2025-ci ilin aprelin 1-nə olan statistik göstəricilər Azərbaycanda problemli kreditlərin nominal məbləğində artım olduğunu göstərir. Mərkəzi Bankın məlumatına görə, ölkədə vaxtı keçmiş kreditlərin həcmi 481.6 milyon manata çatıb ki, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 7.2% və ya 32.5 milyon manat çoxdur. Bununla yanaşı, son bir il ərzində problemli kreditlərin həcmi 10.9 milyon manat və ya 2.3 faiz yüksəlib. Bəs bu artım nə ilə bağlıdır? Problemli kreditlərdən necə xilas ola bilərik?

Bizim.Media "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Kredit faizlərində artım müşahidə olunur"

Millət vəkili, iqtisad elmləri üzrə fəlsəfə doktoru Vüqar Bayramovun sözlərinə görə, problemli kreditlərin həcmi üç faizdən artıq olsaydı, bu zaman problem hesab oluna bilərdi: "Problemli kreditlərin ümumi kredit portfelindəki payı riskli həddə deyil. Ümumi kredit portfelində iki faizdən az yer tutur. Beynəlxalq standartlara görə bu pay üç faizdən aşağı olduqda bank sektoru üçün elə də riskli sayılmır. Likvidlik üçün də problem yaratmır".

V.Bayramovun fikrincə, hər bir halda problemli kreditlərin həcminin artması arzuolunan deyil:

"Artım dinamikasının tənzimlənməsi çox vacibdir. Problemli kreditlərin payının ümumi portfeldə azaldılmasına çalışmalıyıq". Millət vəkili problemli kreditlərin artım səbəblərinə də toxunub: "Səbəblərdən biri kredit verən zaman şəxsin ödəmə qabiliyyətinin doğru qiymətləndirilməməsidir. Əvvəlki dövrlərdə verilmiş kreditlər üzrə öhdəliklərin tam müəyyənləşdirilməməsi, yaxud öhdəliklərlə bağlı müştəriyə izahedici məlumatların verilməməsidir. Həmçinin kredit faizlərinin yüksək olduğunu da qeyd etməliyik. Son bir ildə də kredit faizlərində artım müşahidə olunur. Bu da kredit götürən şəxslərin ödəmə qabiliyyətinə birbaşa təsir edir".

Birinci yerdə istehlak, ikinci yerdə biznes

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc problemli kreditlərin daha çox istehlak kreditlərində olduğunu vurğuladı: "Problemli kreditlər iki yerə ayrılır - biznes məqsədli götürülmüş problemli kreditlər və istehlak kreditləri. İstehlak kreditləri birinci yerdədir. Hansısa vətəndaş iş yerini itirirsə, ödəmə qabiliyyəti aşağı düşür. Bununla da problemli kreditin yaranmasına səbəb olur. İstehlak kreditləri sayca biznes kreditlərindən çox olsa da, məbləğ olaraq biznes kreditləri daha böyükdür. Problemli kreditlərin artımında BOKT-ların da rolu var. İstehlak kreditlərinin böyük həcmi məhz BOKT-ların üzərinə düşür. Ona görə onların da fəaliyyətinə ciddi nəzarət olunmalıdır. İkinci yerdə biznes kreditləridir. Bu kreditlərin problemli kreditə çevrilməsi o halda baş verir ki, biznes quran şəxs bazardakı riskləri müəyyən edə bilmir, son nəticədə iflas olur. Lakin biznes kreditlərində problemli hallar elə də çox deyil".

V.Oruc bildirdi ki, ipoteka kreditləri ən az problem müşahidə olunandır. Çünki orada həll imkanları daha genişdir: "İpoteka krediti ilə alınan mənzillərdə ödəmə problemi olanda kredit ödəyicisinin, mülkiyyətçinin dəyişdirilməsi, yeni alıcının tapılması ilə bu problemin aradan qaldırılması daha asan başa gəlir".

Ekspert düşünür ki, problemli kreditlərin son vaxtlardakı artımı dövrü mahiyyət daşıyır: "Neft satışında azalma, dünyanı və ölkəmizi 2025-ci ildə gözləyən iqtisadi problemlər, o cümlədən ölkəmizin müharibədən yeni çıxması müəyyən iqtisadi çətinliklərin yaranmasına səbəb ola bilər. Hesab edirəm ki, gələcəkdə müəyyən qabaqlayıcı tədbirlər görməklə bu artımın qarşısını almaq mümkün olacaq".

"Sağlamlaşdırılma əsas həll yoludur"

V.Oruc problemli kreditlərlə bağlı problemin həlli üçün atılmalı olan addımlara da toxundu: "Artım cüzi olsa da, ciddi xəbərdarlıqdır. Qarşısı vaxtında alınmalıdır ki, daha da böyüməsin. İlin sonuna qədər kommersiya bankları bu istiqamətdə müəyyən tədbirlər görməlidirlər. Hər an problemli kreditə çevrilə biləcək yeni kreditlərə də ehtiyatlı yanaşmaq lazımdır. Yeni kreditlərin verilməsində kifayət qədər mühafizəkar mövqedən yanaşılması və risklərin nəzərə alınmasına da ehtiyac var. Mərkəzi Bank problemli kredit portfelinə malik banklara nəzarəti gücləndirməlidir".

D.Orucun sözlərinə görə, bu sahədə atıla biləcək ən doğru addım kreditlərin sağlamlaşdırılmasıdır: "Problemli kreditlər bankların likvidliyinə, dayanıqlılığına, dinamikliyinə mənfi təsir göstərir. Bank öz fəaliyyətini yüksək səviyyədə qurmaq istəyirsə, problemli kreditləri sağlamlaşdırmalıdır. Müəyyən dəstəkləyici addımlar atılmalıdır ki, həmin banklar kreditlərin sağlamlaşmasına çalışsınlar. Çünki problemli kreditlərin sağlamlaşdırılması onların əsas həlli yoludur. Şəxslərə və ya sahibkarlara şərait yaradılır ki, mövcud problemli kreditin ödənişini təmin etsinlər. Problemli kreditlər sağlamlaşdırılmadıqca onlar kredit portfelində öz yerini qoruyub saxlayacaqlar".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qubada 2 avtomobil toqquşdu: 2 qadın HƏLAK OLDU

Qubada 2 avtomobil toqquşdu: 2 qadın HƏLAK OLDU

Dövlət katibindan İrana son XƏBƏRDARLIQ: “Razılaşmasalar, nəticəsi pis olacaq”

Dövlət katibindan İrana son XƏBƏRDARLIQ: “Razılaşmasalar, nəticəsi pis olacaq”

Toyda atışma: Gəlin öldürüldü

Toyda atışma: Gəlin öldürüldü

İsmayıllıda yük avtomobili qoyun sürüsünə çırpıldı: Çobanın vəziyyəti ağırdır

İsmayıllıda yük avtomobili qoyun sürüsünə çırpıldı: Çobanın vəziyyəti ağırdır

Belçikanın İrandakı səfiri Azərbaycana TƏXLİYƏ EDİLDİ

Belçikanın İrandakı səfiri Azərbaycana TƏXLİYƏ EDİLDİ

"Bitcoin" kəskin ucuzlaşdı

"Bitcoin" kəskin ucuzlaşdı

İstanbulda Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı ilə bağlı qətnamə QƏBUL EDİLDİ

İstanbulda Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı ilə bağlı qətnamə QƏBUL EDİLDİ

İsrail İranın dörd bölgəsinə zərbələr endirdi - VİDEO

İsrail İranın dörd bölgəsinə zərbələr endirdi - VİDEO

Bakı-Qazax magistralında ağır qəza - ÖZƏL -VİDEO

Bakı-Qazax magistralında ağır qəza - ÖZƏL -VİDEO

Abşeron çimərliklərində dəniz suyunun TEMPERATURU

Abşeron çimərliklərində dəniz suyunun TEMPERATURU

“Kəpəz”in baş məşqçisi: “Bəzi oyunçularla danışıqlar aparırıq”

“Kəpəz”in baş məşqçisi: “Bəzi oyunçularla danışıqlar aparırıq”

Qazaxıstan bunu təkzib etdi

Qazaxıstan bunu təkzib etdi

İsrail iyunun 13-dən bəri İranın 500 dronunu vurub

İsrail iyunun 13-dən bəri İranın 500 dronunu vurub

Məsuliyyətsizlik CİNAYƏTƏ çevrilə bilər - Yalan məlumat yayanlara XƏBƏRDARLIQ

Məsuliyyətsizlik CİNAYƏTƏ çevrilə bilər - Yalan məlumat yayanlara XƏBƏRDARLIQ

İrandan Azərbaycana xarici vətəndaşların təxliyəsi davam edir - FOTO

İrandan Azərbaycana xarici vətəndaşların təxliyəsi davam edir - FOTO

ABŞ-ın İrana qarşı gizli əməliyyatının DETALLARI AÇIQLANDI - FOTO

ABŞ-ın İrana qarşı gizli əməliyyatının DETALLARI AÇIQLANDI - FOTO

Ən uzun boylu insanlar harada yaşayır? – Antropoloji faktlar və coğrafi həqiqətlər

Ən uzun boylu insanlar harada yaşayır? – Antropoloji faktlar və coğrafi həqiqətlər

“Kəpəz” sabiq legionerini qaytarmaq istəyir

“Kəpəz” sabiq legionerini qaytarmaq istəyir

Daşkəsəndə 60 yaşlı kişi döyüldü

Daşkəsəndə 60 yaşlı kişi döyüldü

“Özümü 60 yaşlarımda da belə saxlayacağam” - FOTO

“Özümü 60 yaşlarımda da belə saxlayacağam” - FOTO

Roma Papası beynəlxalq ictimaiyyətə səsləndi: “Müharibəni dayandırın!”

Roma Papası beynəlxalq ictimaiyyətə səsləndi: “Müharibəni dayandırın!”

“Turan Tovuz” nigeriyalı müdafiəçi ilə danışıq aparır

“Turan Tovuz” nigeriyalı müdafiəçi ilə danışıq aparır

FAKTİKİ HAVA: Bəzi yerlərdə yağış yağır

FAKTİKİ HAVA: Bəzi yerlərdə yağış yağır

İsrail İranın Buşehr atom elektrik stansiyasına ZƏRBƏ ENDİRDİ - VİDEO

İsrail İranın Buşehr atom elektrik stansiyasına ZƏRBƏ ENDİRDİ - VİDEO

End of content

No more pages to load

RADİO