“Neftçi” klubu Fransa təmsilçisi “Monpelye”də çıxış edən Falaye Sakonu azad agent kimi heyətinə qatıb.
Bizim.Media xəbər verir ki, “ağ-qaralar” 30 yaşlı sağ cinah müdafiəçisinin keçidini sosial şəbəkə hesabında açıqlayıb.
Sako “Monpelye” ilə müqaviləsini qarşlıqlı razılıq əsasında ləğv edib.
Mali millisinin üzvü ilə 2+1 illik anlaşma əldə edilib. Sako 2023-cü ildən “Monpelye”nin formasını geyinirdi.
Rəşad Rafiqoğlu, Bizim.Media