Azərbaycan yığması Çinin Çendu şəhərində 12-ci Dünya Oyunlarında ikinci medalı qazanıb.
Bizim.Media xəbər verir ki, ölkəmiz akrobatika gimnastikasında fəxri kürsüdə yer alıb.
Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyü 28.730 xalla gümüş medal qazanıb. İlk pilləni İspaniya, üçüncü yeri isə Portuqaliya tutub.
Qeyd edək ki, karateçi İrina Zaretska (68 kq) finalda uduzaraq, oyunların gümüş medalına yiyələnib.
Rəşad Rafiqoğlu, Bizim.Media