"Leypziq"in hücumçusu Benjamin Şeşko karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Bizim.Media xəbər verir ki, "Mançester Yunayted" sloveniyalı futbolçunu transfer edib.
"Qırmızı şeytanlar" Şeşko üçün Almaniya klubuna bonuslarla birlikdə 85 milyon avro təzminat ödəyəcək. 22 yaşlı forvard "Mançester Yunayted"də 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "Leypziq" Benjamin Şeşkonu 2023-cü ilin yayında "Zalzburq"dan transfer edib.
Sloveniya millisinin üzvü ötən mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 21 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media