Millinin hücumçusu Ramil Şeydayevin «Neftçi»dəki taleyinə yaxın günlərdə aydınlıq gələcək.
Bizim.Media xəbər verir ki, 28 yaşlı forvarda yeni təklif gəlməyib.
Amma təklif gələcəyi halda bakılılar ötən ilin yayından bəri ağ-qara rəngli formanı geyinən forvardla yollarını ayırmağa hazırdır.
Şeydayev Polşa toplanışında iştirak edib, yoxlama görüşündə qol da vurub.
Bununla belə Samir Abasov onu əsas heyətdə görmür.
Baş məşqçi bunu rəhbərliyə təqdim etdiyi raportda da xüsusi vurğulayıb.
O, Ramilin taktiki baxışlarına uyğun gəlmədiyi qənaətindədir.
Rəşad Rafiqoğlu, Bizim.Media