"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin Şimali Makedoniya "Şkendiya"sına qarşı keçirəcəyi cavab oyununa satılan biletlərin sayı açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüşə 14 500 bilet satılıb. Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" oyunu saat 20:00-da start götürəcək.
Bizim.Media