“Qarabağ”dan ayrılan Yassin Benzia Səudiyyə Ərəbistanında oynayacaq.
Bizim.Media xəbər verir ki, əlcəzairli futbolçu “Əl-Fayha” klubuna keçib.
Tərəflər arasında 1 mövsümlük müqavilə imzalanıb.
Səudiyyə Ərəbistanı yüksək liqasında mübarizə aparan klub Benzianın keçidini ictimaiyyətə açıqlayıb.
Qeyd edək ki, 30 yaşlı futbolçu “Lion”, “Lill”, “Fənərbaxça”, “Olimpiakos”, “Dijon”, “Hatayspor”, “Qarabağ” klublarında oynayıb.
Bizim.Media