UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk qarşılaşmalarına yekun vurulub.
Bizim.Media xəbər verir ki, ikinci oyun günündə 6 matç baş tutub.
Azərbaycan çempionu "Qarabağ"ın pley-off mərhələsində potensial rəqibləri olan "Ludoqorets"lə "Ferentsvaroş" üz-üzə gəlib və qapılara qol vurulmayıb.
Günün digər maraqlı görüşü isə Niderlandda olacaq. Yerli "Feyenoord" "Fənərbaxça"nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə keçib və onlar 2:1 hesabı ilə qalib gəliblər.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
6 avqust
19:00. “Kayrat” (Qazaxıstan) – “Slovan” (Slovakiya) - 1:0
21:00. “Zalstburq” (Avstriya) – “Brügge” (Belçika) - 0:1
21:30. “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) - 0:0
22:30. “Lex” (Polşa) – “Srvena Zvezda” (Serbiya) - 1:3
23:00. “Feyenoord” (Niderland) – “Fənərbaxça” (Türkiyə) - 2:1.
Bizim.Media