Premyer Liqaya yüksələn "Karvan" heyətini yeni futbolçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, Yevlax təmsilçisi Uğur Cahangirovla anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı hücumçu ilə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Uğur Cahangirov son olaraq “Sumqayıt” klubunda forma geyinib.
Rəşad Rafiqoğlu, Bizim.Media