2024/2025 mövsümündə "Kəpəz"də çıxış edən Dioqo Verdaşka Gəncə klubuna qayıda bilər.
Bizim.Media xəbər verir ki, baş məşqçi Adil Şükürov 28 yaşlı müdafiəçini yenidən heyətdə görmək istəsə də, danışıqlar yekunlaşmayıb.
Portuqaliyalı oyunçu maaşının artırılmasını istəyib. O, hələlik karyerası ilə bağlı tələsmək niyyətində olmadığını da bildirib. Verdaşka digər təklifləri də dəyərləndirdikdən sonra yekun qərar verəcək.
Qeyd edək ki, oyunçu ötən ilin sentyabrından "Kəpəz"in formasını geyinir.
Bizim.Media