"Senneriyuske” Danimarka Superliqasının 3-cü turunda evdə "Norşellann"ı 3:2 hesabı ilə məğlub edib.
Bizim.Media xəbər verir ki, görüşün ən yaxşı oyunçusu qarşılaşmada hesabı açan "Senneriyuske”nin müdafiəçisi Maksim Sulya olub.
Mükafat olaraq 26 yaşlı fransalı 55 kiloqram təzə qazılmış kartof alıb və həmin kartof oyundan dərhal sonra arabada sahəyə gətirilib.
"Sonderjyske" ölkənin kənd təsərrüfatı mərkəzlərindən biri olan Danimarkanın cənubundakı kiçik Haderslev şəhərini təmsil edir. Kartof Danimarkada ən məşhur məhsullardan biridir və milli mətbəxin ayrılmaz hissəsidir.
Bizim.Media