Klublarımızın yeni “TAKTİKASI” – Niyə xaricə getməkdən imtina edirlər?

Əvvəlki dövrlərdə Azərbaycan klubları adətən qış və yay hazırlığını ölkədən kənarda keçirirdi.

Bizim.Media xəbər verir ki, komandalarımız daha çox Türkiyəyə üz tuturdu.

Əlbəttə, hamı ayağını öz yorğanına görə uzadır.
 

İmkanı olan Avropaya, Avstriya və Sloveniyaya da üz tuturdu. Ancaq son illər tendensiya bir az dəyişib. İndi komandalarımız bir çoxu artıq ölkədən kənara çıxmamaqla hazırlığı elə ölkəmizdə yola verirlər.


Bəs görəsən bunun səbəbi nədir? Pula qənaət, yoxsa ölkəmizdə hazırlıq üçün lazımı şəraitin olması?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən futbol eksperti Ceyhun Sultanov hesab edir ki, klubların xaricə toplanışa getməməsinin əsas səbəbi ilk növbədə maliyyə məsələsi ilə bağlıdır.

Ancaq onun fikrincə bu peşəkarlıqdan xeyli uzaq bir addımdır:

“Klublar təlim-məşq toplanışına görə xaricə getmirlərsə, onların futbolun inkişafından danışmağa haqqları yoxdur. Çünki toplanış klubun hazırlığı baxımından bünövrə rolunu oynayır.
 

Futbolçu nə qazanırsa, məhz toplanışdakı məşqlərdən qazanır. Toplanışda mütləq xarici klublarla oyunlar olmalıdır. Bu komandanın oyun təcrübəsi qazanması baxımından önəmlidir.


Əgər bunu etməyib klub pula qənaət edirsə, bu düzgün yanaşma deyil.

Soruşa bilərsiz ki, toplanış-toplanışdır da, Bakıda olsun, yaxud xaricdə?
 

Fərqi çoxdur, orada daha sərbəst və rahat olursan, başqa futbol mühitində olursan, xarici klublarla oynayıb, təcrübə qazanırsan, həm də daha ideal şəraitdə məşq edirsən.


Əgər klublar fikirləşirsə ki, xarici getməyib qənaət edirlər, böyük səhv edirlər. İdman və xüsusilə da futbol qənaəti sevmir. Əgər nəticə qazanmaq istəyirsənsə, mütləq pul da xərcləməlisən”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ” bu futbolçunun transferindən İMTİNA ETDİ

“Qarabağ” bu futbolçunun transferindən İMTİNA ETDİ

MİQ üzrə vakansiya seçimi BAŞLADI

MİQ üzrə vakansiya seçimi BAŞLADI

Hər kəs bunu təkrar-təkrar hazırlayır: 20 banka kifayət deyil

Hər kəs bunu təkrar-təkrar hazırlayır: 20 banka kifayət deyil

SON DƏQİQƏ! Dörd hərbçimiz minaya DÜŞDÜ

SON DƏQİQƏ! Dörd hərbçimiz minaya DÜŞDÜ

Rəşad Xudiyev vəzifəsindən AZAD EDİLDİ

Rəşad Xudiyev vəzifəsindən AZAD EDİLDİ

Qaradağda əməliyyat keçirildi: Saxlanılan var – VİDEO

Qaradağda əməliyyat keçirildi: Saxlanılan var – VİDEO

Vüsal Aslanov onu rəis təyin etdi

Vüsal Aslanov onu rəis təyin etdi

Avqustun pensiyası bu tarixdə ÖDƏNİLƏCƏK

Avqustun pensiyası bu tarixdə ÖDƏNİLƏCƏK

“Air Tastes” xidməti ilə AZAL sərnişinləri üçün dadlı yenilik təqdim etdi

“Air Tastes” xidməti ilə AZAL sərnişinləri üçün dadlı yenilik təqdim etdi

Şahin Mustafayev İrana GEDİR

Şahin Mustafayev İrana GEDİR

Zidan Fransa millisinin baş məşqçisi OLACAQ

Zidan Fransa millisinin baş məşqçisi OLACAQ

Ağstafada AĞIR QƏZA – Gənc qadın həyatını İTİRDİ

Ağstafada AĞIR QƏZA – Gənc qadın həyatını İTİRDİ

Axtarışa verilən Hüseyn Dubaydan FOTO paylaşdı

Axtarışa verilən Hüseyn Dubaydan FOTO paylaşdı

Azərbaycanda ilan sancan şəxslərin SAYI AÇIQLANDI – Dəhşətli STATİSTİKA

Azərbaycanda ilan sancan şəxslərin SAYI AÇIQLANDI – Dəhşətli STATİSTİKA

“Atalar tabut arxasınca getməsin” – Yol qəzaları ilə bağlı təsirli paylaşım – FOTO

“Atalar tabut arxasınca getməsin” – Yol qəzaları ilə bağlı təsirli paylaşım – FOTO

Azərbaycanda 118 nəfər ZƏHƏRLƏNDİ – Ölənlər var

Azərbaycanda 118 nəfər ZƏHƏRLƏNDİ – Ölənlər var

Dövlət qurumlarının qaynar xətlərini niyə “don vurub”? – VİDEO

Dövlət qurumlarının qaynar xətlərini niyə “don vurub”? – VİDEO

Rusiya Zaporojyeni atəşə tutdu: Ölənlər və yaralılar var - FOTO/VİDEO

Rusiya Zaporojyeni atəşə tutdu: Ölənlər və yaralılar var - FOTO/VİDEO

Rusiyadan gözlənilməz ÇAĞIRIŞ – Putin “qeyri-legitim” hesab etdiyi Zelenski ilə GÖRÜŞƏCƏK?

Rusiyadan gözlənilməz ÇAĞIRIŞ – Putin “qeyri-legitim” hesab etdiyi Zelenski ilə GÖRÜŞƏCƏK?

Amerika polisinin timsahla “güləşməsi” gündəm oldu – VİDEO

Amerika polisinin timsahla “güləşməsi” gündəm oldu – VİDEO

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

Tramp xələfinin adını AÇIQLADI – Növbəti seçkilərdə bu şəxs NAMİZƏD OLACAQ

Tramp xələfinin adını AÇIQLADI – Növbəti seçkilərdə bu şəxs NAMİZƏD OLACAQ

DYP-dən avtomobillərin qeydiyyat nişanlarını gizlədən sürücülərə ÇAĞIRIŞ - FOTO

DYP-dən avtomobillərin qeydiyyat nişanlarını gizlədən sürücülərə ÇAĞIRIŞ - FOTO

Bu ərazilərdə 41 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA

Bu ərazilərdə 41 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA

End of content

No more pages to load

RADİO