Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Bizim.Media xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilən mərasimdə Azərbaycan klubları “Sabah” və “Araz-Naxçıvan”ın da potensial rəqibləri bəlli olub.
Paytaxt təmsilçi III təsnifat mərhələsində "Levski"ni (Bolqarıstan) keçərsə, “AZ Alkmaar” (Niderland) – “Vaduts” (Lixtenşteyn) cütünün qalibi ilə qarşılaşacaq.
“Araz-Naxçıvan” - "Omoniya" (Kipr) duelinin güclüsü isə PAOK (Yunanıstan) – “Volfsberqer” (Avstriya) cütünün məğlubuna rəqib olub.
"Sabah" mərhələ adlayarsa ilk görüşü avqustun 21-də evdə, “Araz-Naxçıvan” səfərdə keçirəcək.
Cavab matçları isə bir həftə sonra baş tutacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media