Azərbaycanın 4 cüdoçusu Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə gənclər arasında Avropa Kubokunun ilk yarış günündə fəxri kürsüyə qalxıb.
Bizim.Media xəbər verir ki, -60 kq çəki dərəcəsində Nihad Məmişov və -73 kq çəkidə Əbil Yusubov bütün rəqiblərinə qalib gələrək qızıl medal medal qazanıblar.
Fərid Qarayev (-60 kq) gümüş, Məhəmməd Musayev (-66 kq) isə bürünc medala sahib olub.
2 qızıl, 1 gümüş və 1 bürünc medala malik Azərbaycan ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turnirə 26 ölkədən 226 idmançı qatılıb.
Bizim.Media