“Napoli”nin Yunus Akgün üçün “Qalatasaray”a təklif göndərib.
Bizim.Media İtaliya mətbuatına istinadən xəbər verir ki, Neapol təmsilçisinin rəhbərliyi türk yarımmüdafiəçinin keçidini bu yay reallaşdırmaq istəyib.
Lakin “Qalatasaray” Yunusu buraxmaq istəməyib. “Cim-bom” yetirməsi olan Akgün yeni mövsümə də bu komandada başlayacaq.
25 yaşlı futbolçunun Türkiyə nəhəngi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, icarə əsasında “Adana Demirspor” və “Lester”də də çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media