"Neftçi" yeni mövsümdə xidmətindən istifadə etməyəcəyi Ryonosuke Ohoriyə təklif irəli sürüb.
Bizim.Media xəbər verir ki, ondan icarə əsasında "Şamaxı"ya yollanması istənilib.
Bakılılar bu keçidin baş tutması üçün yaponiyalı yarımmüdafiəçinin maaşının bir hissəsini ödəməyə də razıdır. Futbolçu yaxın günlərdə öz qərarını verməlidir. Əks təqdirdə ona özünə başqa komanda tapmaq tövsiyyə olunub.
"Ağ-qaralar" asiyalını bu ilin yanvarında sıralarına qatıb. 24 yaşlı əcnəbi sonuncu klubu “Transinvest”in (Litva) heyətində 2024-cü ilin fevralından meydana çıxdığı 31 çempionat matçında 6 qola imza atıb. “Ağ-qaralar“ 18 nömrəli formanı geyinən futbolçu ilə 5 ay + 2 il şərti ilə müqavilə bağlayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media