“Levski”nin baş direktoru Daniel Borimirov Konfrans Liqasının 3-cü təsnifat mərhələsində komandasının “Sabah”a qarşı keçirəcəyi görüşdən danışıb.
Bizim.Media xəbər verir ki, "БНТ Новини" nəşrinə danışan klub rəsmisi "Sabah"a ciddi yanaşmalı olduqlarını bildirib:
"Futbolçuların emosional yorğunluğunun olub-olmadığını bilmirəm. Amma fiziki cəhətdən yorğundurlar. Yaxın bir-iki günə yorğunluğumuzu alıb, çempionata hazırlaşmalıyıq. Əsas odur ki, bazar günü qələbə qazanaq. Çünki azarkeşlər bizi dəstəkləməyə gələcək. Növbəti avrokubok matçı üçün müsbət enerjini saxlamalıyıq. "Sabah" ciddi rəqibdir. Onları düzgün qiymətləndirməsək, problemlərimiz olacaq".
Rəşad Rafiqoğlu, Bizim.Media