Almaniyanın Şimal-Şərq Regional Liqasında 2-ci turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun da formasını geyindiyi Berlin “Dinamo”su evdə “Rot-Vays Erfurt”la qarşılaşıb.
"Dinamo" matçda 2:3 hesabı ilə uduzub.
Rüfət də bu oyunda iştirak edib. 34 yaşlı hücumçu Dadaşov start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, hazırda "Dinamo" sıralamada 0 xalla 15-cidir.
Bizim.Media