Polşada təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, “ağ-qaralar” Kipr təmsilçisi AEL-lə qarşılaşıb.
Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. "Neftçi"nin heyətində Bassala Sambu və Ramil Şeydayev fərqləniblər. "Ağ-qaralar" iki dəfə hesabda geri düşsələr də, heç-heçəyə nail olublar.
Yoxlama oyunu
1 avqust
18:00. “Neftçi” (Azərbaycan) – AEL (Kipr) - 2:2
Qollar: Bassala Sambu. Ramil Şeydayev.
Byalobjeq. “Mieyski” stadionu
Qeyd edək ki, “Neftçi” daha öncə İsrail “Hapoel"i (Təl-Əviv) və Polşa “Termalika"sı ilə hesabı ilə
heç-heçə oynayıb – müvafiq olaraq, 1:1, 2:2. Bakı təmsilçisinin “Asteras"la (Yunanıstan) görüşü güclü leysan səbəbindən ləğv olunub.
Rəşad Rafiqoğlu, Bizim.Media