"Kəpəz" İlkin Qırtımovla yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, 34 yaşlı müdafiəçinin Gəncə təmsilçisi ilə müqaviləsi başa çatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ötən mövsüm "Kəpəz"ə qoşulan Qırtımov 17 çempionat matçında meydana çıxıb.
Klub xidmətlərinə görə İlkin Qırtımova təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media