“Sabah”ın yeni müqavilə bağlamadığı Namik Ələskərov yenidən Türkiyədə oynaya bilər.
Bizim.Media xəbər verir ki, təcrübəli yarımmüdafiəçi yeni təklif gözləyir.
30 yaşlı oyunçu ölkə klublarından aldığı bir neçə təklifi rədd edib. O, yenidən legioner həyatı yaşamaq istəyir. Namik Türkiyə variantlarını dəyərləndirir.
Qeyd edək ki, 2021-ci ildə “Neftçi”dən ayrıldıqdan sonra “Bursaspor”a keçən Ələskərov Türkiyəyə yad sima deyil. O, bu klubda cəmi bir il keçirdikdən sonra “Sabah”a keçsə də, qardaş ölkənin aşağı liqasında yaddaşda qalıb. Artıq bir neçə təklif alan həmyerlimiz tezliklə seçimini edəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media