"Mançester Siti"nin idman direktoru Çiki Beqiristayn klubdan ayrılıb.
Bizim.Media xəbər verir ki, bu barədə "şəhərlilər"in rəsmi saytı yayıb.
İspaniyalı keçmiş futbolçu 13 ildir "Mançester Siti"də çalışırdı.
60 yaşlı funksioner 2012-ci ildə İngiltərə klubunda fəaliyyətə başlayıb. Onun işlədiyi dövrdə klub 21 kubok qazanıb.
Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü 2003-2010-cu ildə "Barselon"nın idman direktoru olub.
Bizim.Media