Klublarımızın bir gündə 3 çətin SINAĞI – Konfrans Liqasındakı oyunlarla bağlı PROQNOZLAR

Xəbər verdiyimiz kimi Çempionlar Liqasının ikinci turunda  "Qarabağ" "Şelburn" səddini aşaraq növbəti mərhələyə vəsiqə qazandı. Bu günsə 3 komandamız Konfrans Liqasında növbəti oyunlarına çıxacaq.  "Zirə" səfərdə Xorvatiyanın"Hayduk", "Araz Naxçıvan" Yunanıstanın "Aris"komandaları ilə çətin səfər oyunu gözləyir. İlk oyunda uğurlu nəticə əldə edən "Sabah"sa evdə Moldavanın "Petrokub" komandasını qəbul edəcək.

Bəs komandalarımızın növbəti mərhələyə çıxmaq şansları nə qədərdir?

Bizim.Media bununla bağlı idman ekspertlərinin fikirlərini öyrənib.

“İdman Azərbaycan” televiziyasının şərhçisi Rəşad Rafiqoğlu bildirib ki, komandalarımız arasında ən çətin oyun “Hayduk”-“Zirə” görüşüdür:
 

“Çünki komandamız səfərdə oynayacaq. Üstəlik Bakıda komandalar bərabərliyə razılaşdı. Rəqibin Bakıda oyununu gördük. Səviyyəli komandadır. Təsəvvür edin ki, rəqibin cəmi bir hücumu oldu. O da qolla nəticələndi. Amma “Zirə” də ilk oyunda çox yaxşı təsir bağışladı.


Bununla belə komandamız səfər oyununa itkilərlə çıxacaq. İki oyunçu Zaqrebə aparılmayıb. Bununla belə komandamızın qələbəsinə ümid edirik. Rəşad Sadıqov mübariz komanda formalaşdırıb. Yəqin ki, bunun da nəticəsini görəcəyik.
 

Komandalarımız arasında ən şanslı “Sabah” görünür. Çünki birinci oyunda səfərdən uğurlu nəticə ilə dönüb. İşin demək olar ki, yarısını həll edib. İnanıram ki, Bakıda da komandamız rahat qələbə qazanacaq və mərhələ adlayacaq. O ki, qaldı “Araz-Naxçıvan” komandasına. Bu qarşılaşmada açıq favorit yoxdur. İmkanlar bərabərdir.


Baxmayaraq ki, doğma meydanda “Araz-Naxçıvan” uğurlu geri dönüş etdi. 0:1 məğlubiyyətdən 2:1-lik qələbə ilə oyunu yekunlaşdırdı. Amma nəzərə alaq ki, Yunanıstan komandaları ilə səfər oyunu komandalarımız üçün hər zaman çətin olub. Bununla belə Elmar Baxşıyevin çox yaxşı komandası var. komanda son günlər çox yaxşı transferlər həyata keçirib. Hesab edirəm ki, komanda əzmkarlıq göstərsə Yunanıstanda güclü rəqibini keçə bilər”.

“Zirə” üçün çətin oyun olacaq...

Sabiq baş məşqçi Arif Əsədov qeyd edib ki, 3 komandamızdan yalnız “Sabah” səfər qələbəsi sayəsində növbəti mərhələyə keçmək vəzifəsinin 70-80 faiz yerinə yetirib:

“İndi komandaya doğma meydanda daha diqqətli oynamaq və oyunun ilk 15-20 dəqiqəsində rəqibə şans verməmək vəzifəsi qalır. Səfərdə komandamız qələbə qazansa da, biz bərabər səviyyəli oyun izlədik. “Sabah” qapıçının səhvlərindən məharətlə istifadə etdi. Bugünkü oyunda komandamız əzmkarlıq göstərsə, növbəti mərhələyə adını yazdıracaq.
 

“Hayduk”- “Zirə” oyununda tərəflərin şansları bərabərdir. Rəqibin əsas üstünlüyü “doğma divar” amilidir. Amma “Zirə”nin səfərdə uğurlu çıxışlarını xatırladıqda bu bizə bir qədər inam verir. Hər halda çətin oyun olacaq. Rəqib güclü azarkeş dəstəyi alacaq. Düşünürəm ki, komandamız azarkeş təzyiqini atıb öz oyunun oynasa və ilk dəqiqələrdən üstünlüyü ələ alsa, hər şey istədiyimiz kimi olacaq.


“Aris”- “Araz-Naxçıvan” oyunu barədə danışarkən qeyd etməliyik ki, komandamız doğma meydanda inamlı qələbə qazandı və səfərə nisbi üstünlüklə gedir. Lakin rəqib güclüdür. Bununla belə yunanlar ilk oyunda “Araz-Naxçıvan”nın nə qədər ciddi və mübariz komanda olduğunu gördü. Bu da rəqibə əlavə basqıdır. “Araz-Naxçıvan” xarakterli komandadır. Ümid edirik ki, komandamız səfər oyununda da xarakter göstərərək uğurlu nəticə əldə edəcək”.

“Araz-Naxçıvan”la, “Zirə”ni çətin sınaq gözləyir...

Futbol eksperti Ceyhun Sultanov isə hər 3 komandanın növbəti mərhələyə çıxmaq şansı olduğunu söyləyib:
 

“Çünki ilk oyunlara baxanda göründü ki, komandalarda heyət baxımından irəliləyiş var. Amma ümumi götürəndə “Zirə” səfər oyununda iki futbolçusundan məhrum olunub. Ona görə də komanda bir qədər çətinlik çəkəcək. Bununla belə “Zirə” mobil komandadır. Düşünürəm ki, komandanın mərhələ keçmək şansı var.


“Sabah” onsuz da, həm heyət, həm də keyfiyyət baxımından “Petrokub”dan üstün komandadır. Hesab edirəm ki, “Sabah” bu turu keçəcək. “Araz-Naxçıvan” da evdə yaxşı oyun nümayiş etdirdi. Hətta rəqibə qarşı dominant futbol oynadı. Komandanın təcrübəli futbolçuları da var. Düşünürəm ki, təzyiq altında bu komanda istənilən rəqibə qarşı rahat futbol oynaya bilər.

Bununla belə “Araz-Naxçıvan”la, “Zirə”ni çətin qarşılaşma gözləyir. “Sabah” üçünsə şansın böyük olduğunu deyə bilərəm. Bununla belə bütün komandalarımıza uğurlar arzulayıram”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Neftçi” bu gün Polşa klubu ilə QARŞILAŞACAQ

“Neftçi” bu gün Polşa klubu ilə QARŞILAŞACAQ

Cəlilabadda yük maşını aşdı: Ölən və yaralılar var - FOTO

Cəlilabadda yük maşını aşdı: Ölən və yaralılar var - FOTO

Azərbaycanda bu zəhərli heyvanın kütləvi SATIŞI BAŞLADI – Biri 15 manatdır…

Azərbaycanda bu zəhərli heyvanın kütləvi SATIŞI BAŞLADI – Biri 15 manatdır…

Sürücülərin NƏZƏRİNƏ! Avqustun 2-si saat 08:00-dan...

Sürücülərin NƏZƏRİNƏ! Avqustun 2-si saat 08:00-dan...

Bu ildırım dünya rekordu qırdı

Bu ildırım dünya rekordu qırdı

Aybəniz Haşımova: “Qəlbimizdən bir parça qopdu” – FOTO

Aybəniz Haşımova: “Qəlbimizdən bir parça qopdu” – FOTO

Ambulans qəzasında ölən şəxs polis əməkdaşı imiş - FOTO

Ambulans qəzasında ölən şəxs polis əməkdaşı imiş - FOTO

Arif Babayevin vida mərasiminin yeri AÇIQLANDI

Arif Babayevin vida mərasiminin yeri AÇIQLANDI

“Sabah”ın Konfrans Liqasındakı rəqibi BİLİNDİ

“Sabah”ın Konfrans Liqasındakı rəqibi BİLİNDİ

Stəkan, Rəzil, Şikayət... – Uşaqlara qoyulan ən qəribə ADLAR

Stəkan, Rəzil, Şikayət... – Uşaqlara qoyulan ən qəribə ADLAR

Mehriban Əliyeva: “O, yaşından asılı olmayaraq hər kəsin sevdiyi əsl Xalq artisti idi” – FOTO

Mehriban Əliyeva: “O, yaşından asılı olmayaraq hər kəsin sevdiyi əsl Xalq artisti idi” – FOTO

“İcon-karaoke”nin fəaliyyəti DAYANDIRILDI – FOTO/VİDEO

“İcon-karaoke”nin fəaliyyəti DAYANDIRILDI – FOTO/VİDEO

Castin Timberleykdə xəstəlik aşkarlandı

Castin Timberleykdə xəstəlik aşkarlandı

Paşinyana qarşı iki YENİ CƏBHƏ – Ermənistan vətəndaş müharibəsinin ASTANASINDA

Paşinyana qarşı iki YENİ CƏBHƏ – Ermənistan vətəndaş müharibəsinin ASTANASINDA

Rəsmi Bakı etiraz etdi, TASS həmin xəbərin başlığını dəyişdirdi – FOTO

Rəsmi Bakı etiraz etdi, TASS həmin xəbərin başlığını dəyişdirdi – FOTO

Arif Babayevin dəfn yeri MƏLUM OLDU

Arif Babayevin dəfn yeri MƏLUM OLDU

Azərbaycanda qadın sürücü qucağında itlə avtomobil idarə etdi – VİDEO

Azərbaycanda qadın sürücü qucağında itlə avtomobil idarə etdi – VİDEO

Arif Babayevin son görüntülərini PAYLAŞDI - VİDEO

Arif Babayevin son görüntülərini PAYLAŞDI - VİDEO

Gəncədə həmyaşıdını bıçaqlayan şəxs saxlanıldı

Gəncədə həmyaşıdını bıçaqlayan şəxs saxlanıldı

Ağstafada əsgərlikdən yenicə gələn gənci maşın vurub öldürdü

Ağstafada əsgərlikdən yenicə gələn gənci maşın vurub öldürdü

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Qonşu ölkələr hərəkətə keçdi: Azərbaycanda da risk var – XƏBƏRDARLIQ

Qonşu ölkələr hərəkətə keçdi: Azərbaycanda da risk var – XƏBƏRDARLIQ

ChatGPT-yə "təşəkkür edirəm" yazmayın - SƏBƏB

ChatGPT-yə "təşəkkür edirəm" yazmayın - SƏBƏB

"Kuruluş Osman"ın adı dəyişdi - FOTO

"Kuruluş Osman"ın adı dəyişdi - FOTO

End of content

No more pages to load

RADİO