"Sumqayıt" daha bir transfer reallaşdırıb.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt təmsilçisi ötən mövsümü Serbiyanın "Tekstilaç" klubunda keçirmiş yarımmüdafiəçi Nikola Ninkoviç ilə 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Partizan"ın yetriməsi olan 31 yaşlı futbolçu "Cenoa", "Kyevo", "Empoli", "Askoli", "Breşiya", Serbiyanın "Proletar", Bosniya və Herseqovinanın "Borats", Gürcüstanın "Torpedo Kutaisi" komandalarının formasını geyinib. O, Serbiyanın U-17, U-19 və U-21 millilərində də çıxış edib.
Bizim.Media