"Sumqayıt" Səbuhi Abdullazadə ilə müqaviləni yeniləyib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən açıqlama yayılıb.
23 yaşlı yarımmüdafiəçi ilə iki illik müqavilə imzalanıb. "Sumqayıt"ın akademiyamızın yetirməsi olan Səbuhi 2017/2018-ci illər mövsümündə əsas komandada debüt edib.
Qeyd edək ki, Abdullazadə ötən mövsümdə 38 oyunda iki qol və dörd ötürmə ilə fərqlənib.
Rəşad Rafiqoğlu, Bizim.Media