Növbəti mövsümdə 1-ci Liqada mübarizə aparacaq "Səbail" növbəti transferini həyata keçirib.
Bizim.Media xəbər verir ki, Bayıl təmsilçisi “Araz-Naxçıvan”da çıxış etmiş Vüsal Şabanovu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı qapıçı ilə 1+1 illik müqavilə imzalanıb.
Rəşad Rafiqoğlu, Bizim.Media