"İmişli" heyətini gücləndirməyə davam edir.
Bizim.Media xəbər verir ki, bölgə klubuna daha bir legioner qoşulub.
Söhbət Yav Mosesdən gedir. 26 yaşlı oyunçu dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir.
Qanalının son klubu Portuqaliyada "Torrense" olub.
Adıçəkilən futbolçu "Sumqayıt"la qolsuz bərabərliklə bitən yoxlama matçında 80 dəqiqə meydanda olub.
Rəşad Rafiqoğlu, Bizim.Media